Ərdoğan: ABŞ-la qarşı-qarşıya gəlməyi arzulamırıq

Ərdoğan: ABŞ-la qarşı-qarşıya gəlməyi arzulamırıq
“Biz Suriyada ABŞ-la qarşı-qarşıya gəlməyi arzulamırıq”.

BiG.AZ “CNNTürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yol düşməzdən əvvəl Ankarada Atatürk hava limanında Suriyada təhlükəsizlik zonasının yaradılması ilə bağlı məsələdən danışarkən bildirib.

“Suriya ilə sərhədboyu bütün hazırlıq işlərini tamamlamışıq. ABŞ məlum strateji ortağımızdır. NATO-da birlikdəyik. Bütün hallarda uzun illərdir ABŞ-la strateji ortaqlığımızı davam etdiririk. Biz yenə də müttəfiqik. ABŞ-la qarşı-qarşıya gəlmə kimi bir arzumuz da yoxdur. Ancaq ABŞ-ın da dəvət edilmədiyi bir yerdə hazırda terror qruplaşmasını dəsətkləməsini görməzliyə vura da bilmərik. Başqa sözlə, ABŞ-ın terrorçu PKK/YPG-PYD qruplaşmasını açıq-aşkar dəstəkləməsi ortalıqdadır. ABŞ prezidenti Donald Trampla görüşdə bu məsələni müzakirə edəcəyik.

Fəratın şərqində biz hücum edən, bölgəmizdə narahatlıq yaradan bu terror qruplaşmasından buraları təmizləyəcəyik. Təmizləməyi başa çatdıracağıq. Hazırda bölgədə İŞİD yox dərəcəindədir. İndi Suriya Demokratik Qüvvələri adlı bir uydurma qrup ortaya çıxarıblar. Əslində bu aldadıcıdır. Onun da YPG və PYD-dən heç bir fərqi yoxdur. Buna terror qruplaşmalarının çadırı da deyə bilərik”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan ABŞ-a təhülkəsizlik zonasının yaradılması ilə bağlı iki həftə vaxt verib.

Qeyd edək ki, sentyabrın 17-də BMT Baş Assambleyasının 74-cü sessiyası balşayıb. Sentyabrın 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu toplantıda beynəlxalq sülh və təhlükəsizliyə dair təməl məsələlərlə bağlı çıxış edəcək.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 892 Tarix: 21.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər