"İnterpol"un axtardığı "Akula Akif" Bakıda 7 milyon dollar qazandı

"İnterpol"un axtardığı "Akula Akif" Bakıda 7 milyon dollar qazandıSəbail Rayon Məhkəməsi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, hazırda "İnterpol" xətti ilə axtarışda olan "Akula Akif" ləqəbli Akif Mustafayevin "Mars-M" şirkətinə qarşı iddiasını təmin edib.

BiG.AZ-ın "Yeni Musavat"a istinadən məlumatına görə, bu həmin "Akula Akif"dir ki, Eldar Mahmudov vəzifəsindən çıxarılandan dərhal sonra Azərbaycandan qaçmışdı. Hazırda Fransada gizləndiyi ehtimal olunan Akif Mustafayev özünü iş adamı kimi tanıtsa da, əslində onun əsas vəzifəsi imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil qruplaşmaya dosye toplayıb çatdırmaqdan ibarət olub.

"Akula"nın sxeminə əsasən, MTN həmin iş adamları barədə dosyeləri aldıqdan sonra onları izləyib və həbs edirdi. Bu zaman "Akula" MTN-dəki mütəşəkkil qruplaşmanın qarmağına düşmüş iş adamına öz xidmətlərini təklif edir və onlardan iri məbləğlərdə pulun alınıb Eldar Mahmudova çatdırılmasını, beləliklə, girovun "xilas edilməsini" həyata keçirirmiş.

Lakin proses bununla da yekunlaşmırdı. "Akula" MTN-dən "xilas etdiyi" iş adamlarının biznesinə gələcəkdə bu kimi problemlərdən sığortalanmaq üçün "krışalıq" edirdi və onların biznesinə 25-30 faiz payla şərik olurmuş. Onun "Mars-M" şirkətində 25 faizlik paya hansı şərtlər daxilində sahib olduğu bilinmir. Belə məlumatlar var ki, Akif Mustafayev "Mars-M" şirkətinin təsisçiləri olan Bəşirov qardaşlarının qaynıdır. Hazırda qardaşlardan Mərhəmət Bəşirov həbsdədir. Arif Bəşirov isə dünyasını dəyişib. Akif Mustafayevin adından Səbayel Məhkəməsinə sübut kimi təqdim edilən, onun "Mars-M" şirkətinin 25 faizlik payını almasına dair kağızda isə Arif Bəşirovun adı var. Həmin kağıza görə Arif Bəşirov şirkətin 25 faizini Akif Mustafayevə 7 milyon 500 min dollara satıb.

Qardaşlardan Loğman Bəşirov isə mətbuata açıqlamasında alqı-satqıdan məlumatsız olduğunu, məhkəməyə sənəd kimi təqdim olunan kağızların heç bir hüquqi qüvvəsinin olmadığını deyib. Bundan başqa şirkətin hesabına 2009-cu ildən bu yana Akif Mustafayevin 7 milyon 500 min dollar köçürülmədiyini qeyd edib.

Mərhəmət Bəşirovu həbsə aparan məsələ haqda da maraqlı məlumatlar var.

"Mars-M" şirkətinin Bakının Səməd Vurğun küçəsi, 120 ünvanında inşa etdiyi "Yasmin" biznes mərkəzi bu gün də məhkəmələrdə mübahisə obyektidir. Belə ki, bina inşa olunandan sonra Mərhəmət Bəşirov oradakı mağazaları 22 nəfər iş adamından ümumilikdə 17 milyon dollar almaqla onlara satıb. İş adamları orada mağazaları özlərinin bizneslərinə uyğunlaşdırıb işə başlayandan bir qədər sonra məlum olub ki, Mərhəmət Bəşirov ümumilikdə ticarət mərkəzini "Xalq Bank"a girov qoymaqla külli miqdarda pul götürüb və pulu banka qaytarmayıb. Bank məhkəməyə müraciət etməklə kreditin təminatı olan ticarət mərkəzinin satılmasını və əldə olunan vəsaitin kredit məbləği il əvəzləşdirilməsini istəyib. Məhkəmə iddianı təmin edib. Lakin çıxarılan hökmdə iş adamları Afət Ağazadənin, Sahib Quliyevin, Azər Mahmudovun, Akif Mahmudovun, Fuad Ramazanovun, Natəvan Bağırovanın, Əliağa Məmmədovun, Anar Hüseynovun, Zülfüqar Kazımovun, Yalçın Məlikovun, Adil Məmmədovun, Ədalət Zamanovun, Vüqar Həsənovun, Elçin Əliyevin, Qalıb Məmmədovun pullarının hansı hesabdan qaytarılmasına aydınlıq gətirilməyib.

İş adamları ölkə rəhbərliyinə ünvanladıqları müraciətlərdə yazırlar ki, "Mars-M" firmasından (VÖEN 1500418111) Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi, 120 ünvanında inşa etdiyi zirzəmi və 5 mərtəbədən ibarət qeyri-yaşayış binasından, daha çox 2009-cu il tarixdə olmaqla, 2009-2013-cü illərdə müxtəlif ölçülü qeyri-yaşayış sahələrinin milyonlarla qiymətləndirilən dəyərini tam ödəməklə alıblar.

"Bir çoxumuz həmin qeyri-yaşayış sahələrini, külli miqdarda pul xərcləyərək təmir etdirmişik və öz fəaliyyətimizlə bağlı təyinatına uyğun istifadə etmişik. Lakin, təəssüf ki, "Mars-M" firmasının və "Xalq Bank" ASC-nin bəzi vəzifəli şəxslərinin çirkin niyyətlə qurduqları və icra etdikləri plan nəticəsində hazırda əmlakımızdan məhrum olmuşuq. Əmlakı faktiki olaraq ələ keçirmiş "Xalq Bank" ASC binaya mühafizə yerləşdirməklə, bizim sahələrimizə girişimizə, qanuni F97748EF BD18 4F0B 8C7E C3CFF5522C9Fəsaslarla aldığımız əmlakımızdan təyinatına uyğun istifadə etməyimizə mane olmaqla yanaşı, illər əvvəl "Mars-M" firması ilə qurduğu kredit-ipoteka oyununun son mərhələsi olan məhkəmə mərhələsində əmlakımızı ələ keçirməsini leqallaşdırmaqla məşğuldur.

Onlarla vətəndaşın milyonlarla dəyərində olan əmlakından məhrum olmasına görə isə, yalnız bir nəfər - "Mars-M" firmasının təsisçisi Mərhəmət Bəşirov cinayət məsuliyyətinə cəlb edilməklə, guya qanunsuzluğa hüquqi qiymət verildi və qanunsuzluğu etmiş şəxs məsuliyyətə cəlb olundu görüntüsü yaradıldı. Bu da "Xalq Bank" ASC-nin qurduğu oyunun bir hissəsidir: cinayət işi məhz onun müraciəti əsasında başlanılıb və qanunsuzluğun bir tərəfi olmasına baxmayaraq, özünü zərərçəkmiş şəxs (?!) qismində tanıda bilib. Əslində, həm qanunsuzluğa düzgün hüquqi qiymət verilməyib, həm də bu qanunsuzluğu etmiş "Mars-M" firmasının digər vəzifəli şəxsləri, o cümlədən "Xalq Bank" ASC-nin aidiyyəti vəzifəli şəxsləri məsuliyyətdən tamamilə kənarda qalıblar" -deyə iş adamları müraciətlərində yazırlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2790   Tarix: 21 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995