Bir neçə dəqiqəyə 90 milyon insan məhv ola bilər - Dəhşətli PROQNOZ

Bir neçə dəqiqəyə 90 milyon insan məhv ola bilər - Dəhşətli PROQNOZRusiya ilə ABŞ arasında nüvə müharibəsi başlasa və silahlı qarşıdurma güclənsə, 90 milyondan insan öləcək və ya yaralanacaq.

"İndependent" nəşrinin yazdığına görə, bu barədə tədqiqatçılar tərəfindən hazırlanan simulyasiyada göstərilib.

Prinston Universitetinin bir qrup aliminin fikrincə, son iki ildə nüvə müharibəsi ssenarisinin reallaşması ehtimalı yüksəlib.

Universitetin Elm və Qlobal Təhlükəsizlik proqramı çərçivəsində aparılan araşdırmanın nəticələrinə əsasən hazırlanan simulyasiyaya görə, nüvə müharibəsinin başlandığı ilk anda 34 milyon insan öləcək, 57 milyonu isə yaralanacaq. Bura radiasiya nəticəsində uzunmüddətli xəstələnəcək şəxslər daxil deyil.

Tədqiqatçıların fikrincə, Rusiya ilə NATO arasında müharibə alovlanması nəticəsində Avropa külə dönəcək.

"Rusiya NATO qüvvələrinin irəliləməsinin qarşısını almaq üçün Kalininqrad şəhəri yaxınlığında yerləşən bazadan nüvə zərbəsi endirəcək. NATO isə havadan taktiki nüvə zərbələri endirəcək", - deyə tədqiqatçılar bildirir.

Qeyd olunur ki, nüvə silahlarından istifadənin həddi aşılsa, Avropada taktiki nüvə müharibəsi başlayacaq.

"Rusiya NATO bazalarını və irəliləyən qoşunları məhv etmək üçün 300 nüvə başlığı olan orta mənzilli raketləri işə salacaq. NATO isə buna cavab olaraq Rusiyaya 180 nüvə başlığı yönəldəcək və nüvə raket zərbələri endirəcək".

Tədqiqatçıların qənaətinə görə, daha sonra Vaşinqton və Moskva sualtı qayıqlardan yaşayış məntəqələrinə zərbələr endirəcək, 10-a yaxın şəhərə mərmilər yağdıracaqlar.

Qeyd edək ki, Rusiya və ABŞ "Orta və kiçik mənzilli raketlərin ləğvi" müqaviləsindən çıxıblar. Ekspertlərin fikrincə, tərəflərin müqavilədən çıxması qızğın silahlanmaya gətirib çıxaracaq. Bu isə nüvə müharibəsi riskini artırır.

Xatırladaq ki, 1987-ci ildə ABŞ Prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən imzalanmış müqaviləyə görə 500 km-dən 5500 km-ə qədər olan bütün nüvə raketləri qadağan edilməli idi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1550   Tarix: 20 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18.04.2024 422
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 111
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

18.04.2024 264
.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. xarici mediaya istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehin

18.04.2024 270
.

3 avtomobilin iştirakı ilə baş verən qəza - VİDEO

Türkiyənin Kayseri şəhərində 3 avtomobil iştirakı ilə zəncirvari qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb. Hadisənin baş vermə səbəbləri məlum deyil. Qəzanın baş vermə səbəbi məlum deyil. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb

18.04.2024 353
.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18.04.2024 568
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 458
.

"Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən asan üsulu balanslı qidalanmaqdır" - Qida eksperti

Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan "Ölkələrin Qiymətləndirmə Aləti"ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib. Qida eksperti Fərid Səfərov -a bildirib ki, süni trans yağ maye yağları

18.04.2024 437
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 287