Mehriban Əliyeva neftçiləri təbrik etdi

Mehriban Əliyeva neftçiləri təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib.

BiG.AZ-ın xəbərinə görə, təbrik mətni M.Əliyevanın "Instagram" səhifəsində paylaşılıb.

“İyirmi beş il əvvəl ölkəmizin iqtisadi müstəqilliyinin təməlini qoyan "Əsrin müqaviləsi" imzalanıb.

Azərbaycanda neftçi peşəsi hər zaman şərəfli və hörmətli peşələrdən biri sayılıb və sayılır. Əziz neftçilər, biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik. Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun.

Sizi bu yubiley münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”, - deyə, təbrik mətnində bildirilib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 191 Tarix: 20.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər