Bakıda 21 yaşlı gəlin sevgilisi ilə qaçdı – BU DƏFƏ ATA EVİNDƏN

Bakıda 21 yaşlı gəlin sevgilisi ilə qaçdı – BU DƏFƏ ATA EVİNDƏN

Bakıda itkin düşmüş gəlinlə bağlı polisə müraciət edilib.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinə müraciət edən Sabunçu qəsəbə Bağırov küçə sakini R.Ələsgərova qızı, 1998-ci il təvəllüdlü N.Hümbətlinin aprel ayının 5-də evi tərk edərək itkin düşdüyünü bildirib. Qadın əlavə edib ki, qızı Əli adlı şəxsə qoşulub qaçıb.

Araşdırmalar zamanı o da məlum olub ki, N.Hümbətli mart ayında həyat yoldaşı tərəfindən itkin düşmüş şəxs kimi axtarışa verilib. Həmin vaxt qızın başqa kişi ilə münasibəti üzə çıxandan sonra əri onunla münasibətləri kəsib və boşanmaq üçün məhkəməyə müraciət edib. Daha sonra anasına təhvil verilən qız yenidən sevgilisi ilə qaçıb.

Müraciətlə bağlı araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3598 Tarix: 20.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər