Aygün Səmədzadə: "Elə bildim ki, Əhməd Cavad və Şükriyyə xanımı real həyatda gördüm"

Aygün Səmədzadə: "Elə bildim ki, Əhməd Cavad və Şükriyyə xanımı real həyatda gördüm"Bu günlərdə Azərbaycanın istiqlal şairi Əhməd Cavadın xatirəsinə həsr olunmuş "Bir millətin ruhu" adlı bədii-sənədli film Türkiyənin "TRT Avaz" telekanalında tamaşaçıların ixtiyarına verilib. Filmdə Əhməd Cavad obrazını Mert Karabulut, onun həyat yoldaşı Şükriyyə xanımının obrazını isə Buse Naz Çinar canlandırıb. Filmin rejissoru Halis Cahit Kurultu, ssenari müəllifi Vahid Taha Kurultudur. Filmin müsiqisi Azərbaycanın xalq artisti Aygün Səmədzadəyə məxsusdur. Bu səbəbdən filmin nümayişinə dəvət almış Aygün Səmədzadə öz təəssüratlarını bizimlə bölüşdü.

- Aygün xanım, filmi necə qiymətləndirirsiniz?

- Film Əhməd Cavadın mübariz, parlaq, ağır, eyni zamanda sevgi və sədaqət dolu həyat yolunu bədii və sənədli kadrlarla təqdim edir. Əhməd Cavad şəxsiyyətinin tədqiq edilməsində hər baxımdan faydalı olan müsahibələr, tarixi materiallara müraciət filmi çox baxımlı edir. Təsir qüvvəsi kimi öz musiqimi də vurğulayacağam. Film musiqisinin bəstəkarı özüməm. Və artıq bir müddətdir ki, Əhməd Cavad poeziyasına aludəyəm. Onun içindəyəm, burada olduğumdan məmnunam və fəxr edirəm. Film maraqlıdır, məzmun baxımından Əhməd Cavadın həyatı kimi ağır və kədərlidir. Əsərin qəhrəmanlarını canlandıran aktyorlar istedadlıdırlar, bu ağır mücahid taleləri bildikləri qədər tamaşaçını inandırdılar və buna görə də doğmalaşdılar. Bəlkə də bu hiss filmin musiqisini işlərkən kadrlara diqqətlə və çox baxmaqdan yaranır. Bəlkə də yanılıram, amma onlarla təqdimatda görüşəndə elə bildim ki, Əhməd Cavad və Şükriyyə xanımı real həyatda gördüm. Deməli, zahiri bənzərlikdən daha çox ruh yaxınlıgı olmalıdır.

- Bu filmin nümayişi Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 101-ci ildönümü münasibətilə "Əhməd Cavada Vefa" sətirləri ilə təqdim olunan böyük konsert proqramına vəsilə oldu. Konsert barədə təəssuratlarınızı öyrənmək maraqlı olardı.

- Böyük fəxr hissi ilə qeyd edim ki, "TRT Arı" studiasından birbaşa yayımlanan bu konsertdə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Aqşin Əlizadənin, Emin Sabitoglunun, Ferid Tüzünün, Vaqif Gərayzadənin və mənim əsərlərim səsləndi.

- Konserti izləyərkən əsərlərinizi yeni ifaçıların səsləndirdiyini gördük. Bu, nə ilə əlaqədardır?

- "Bismillah" və "Ey Türk" odası, "Türk Ordusuna" marşı, "Həsrət" simfonik lövhəsi türk tamaşaçısına tanışdır və ona görə də əsərlərimin səsləndirilməsinə bu dəfə gənc türk ifaçıları da cəlb olunmuşdu. Yəqin ki, əsərlərin daha çox təbliğində, yayılmasında belə bir təcrübə də var. Olsun! Hər bir səy və nəticə, işə verilən əmək və sevgi bizim üçün qiymətlidir. Amma Nigar və Orxan Cəlilovların bu əsərlərdə yeri mənim üçün fərqli və ucadır. Konsertdə solist kimi xalq artistləri Teyyub Aslanov, Azər Zeynalov və türkiyəli ifaçılar Cumhurbaşkanlıgı Simfonik Orkestrinin müşaiyəti və gənc azərbaycanlı dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə çıxış etdilər. Konsert boyu xalq artisti Elnarə Kərimovanın rəhbərliyi ilə TRT Dövlət Xoru bütün vokal və xor əsərlərini müvəffəqiyyətlə müşayiət etdi. Konsert böyük rəğbətlə və sürəkli alqışlarla davam etdi.

- Aygün xanım, yəqin ki, bu tədbirlərin davamı olacaq. Hansı yeniliklər gözlənilir?

- Bildiyiniz kimi, bu qəbildən olan konsertlər keçən il sentyabrın 15-də Ankarada, daha sonra Bakıda, bir qədər geniş şəkildə Novruz bayramında Əskişəhərdə baş tutdu. Yəqin ki, davamı olacaq. Və ilk gündən bizimlə bərabər olan solistlərimizin hər birini, o cümlədən Teyyub Aslanovu, Orxan Cəlilovu, Nigar Cəlilovanı, Vüsal Hacıyevi, Əhməd Cavad şeiriyyatına müraciətimdə daha çox sevdiyim Pərviz Abdullayevi, ustad sənətkarımız Mələkxanım Əyyubovanı bu layihərdə görə biləcəksiniz. Həyata keçirilən bütün layihələrlə bağlı ilk növbədə Əhməd Cavad ailəsinə, ayrıca çox hörmətli Nicat Quliyevə, bu layihələri böyük rəğbətlə qarşılayan TRT, TRT AVAZ-a və əlbəttə ki, Nəfəs Sənət Mərkəzində toplaşmış gözəl, peşəkar yaradıcı heyətimizə, başda Əvəz Muradov olmaqla, Bəxtiyar Həsənə, Vüsal Qarayevə və bu tədbirləri gözəl işıqlandıran peşəkar jurnalistlərə təşəkkür edirəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1350   Tarix: 19 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403