"Adam evində ayaqqabı ilə oturur?"

"Adam evində ayaqqabı ilə oturur?"

"Yalandan ev, maşın göstərirlər. Deyirlər, toya gedirəm, bununla özlərini yekə tuturlar. Toy sənət deyil. Mübariz Tağıyev toya getmir, amma sənəti var".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Hər şey daxil" verilişində deyib. Müğənni sosial şəbəkədə məşhurlaşan ifaçıları tənqid edib:

"Paylaşırlar şəkil, müğənni evində ayqqabı ilə oturub. Adam evində ayaqqabı ilə oturur? İnstaqramda nəsə paylaşırlar, 5 min bəyəni gəlir. Gedin konsert verin o sizi bəyənənlərin 2 mini gəlsin izləməyə. Saxta işlərlə insanları çaşdırmayın.

Bu axının səbəbkarı sponsorlardır. Yeni gələndə başqa cür olurlar, sonra dəyişirlər. Bu da bizim millətə xas olan haldır".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 550 Tarix: 19.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər