"Aygün Kazımova dedi ki, seksualam, mənə baxın"

"Aygün Kazımova dedi ki, seksualam, mənə baxın"

Mən Londona təhsilimi davam etdirmək üçün getmişdim. Əli ilə orada tanış olmuşdum. Bakıya qayıdanda yenidən əlaqə yaratdıq. Bu müddət ərzində istəmirdik ki, gələcək barədə plan quraq. Hər şeyi zamana buraxdıq. Biz bir-birimizi yormamaq adına belə etdik. Və 8 ildir ki, bir-birimizi yormuruq. Həyatımda Əli var idi, daha sonra Dihaj qrupu yaradıldı. Öz kollektivimizlə müxtəlif festivallara qatıldıq.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanı "Eurovision 2017" mahnı müsabiqəsində təmsil edən Diana Hacıyeva (Dihaj) deyib.

O, "Qazeta" jurnalına müsahibəsində həyat yoldaşı Əli Nəsiblə tanışlığından söhbət açıb. Bundan əlavə, Dihaj qızının musiqiyə marağından da danışıb:

"Qızım kiçik olmağına baxmayaraq musiqi duyumları formalaşıb. Təbii ki, bu məqamda mən onu dəstəkləyəcəm. Amma mən də bir ana kimi qızım musiqi sahəsinə getsə, narahat olacam. Biz evdə oxuyanda qulaq asır, xoşuna gəlir. Lakin biz ona təzyiq göstərmirik. Qoy uşaq uşaq kimi qalsın, şəkil çəksin, "samokat" sürsün. Sonra böyüyəcək, müxtəlif sahələrdə özünü inkişaf etdirəcək".

Sənətçi daha sonra feminizm və seksual inqilab mövzusuna toxunub: "Feminizm fanatik xarakter əldə edib. Mən buna bərabərlik kimi baxıram. Bəli, mən qadının güclü, ağıllı və gözəl olmağını bəyənirəm. Və dünya qadınsız qeyri-mümkündür. Lakin kişisiz də çətin olar. Hazırda bu, kişilərin kütləvi təhqir formasını qazanıb. O, kişilərə görə təəssüf edirəm! Çünki onlara bununla necə yaşamağı öyrətmirlər. Bütün kişilərə və qadınlara "olmalıdır" fikri yürüdülür. Bu da hər şeyi çətinləşdirir.

Azərbaycanda düşünürəm ki, seksual inqilab baş verməyib. Bu planda azərbaycanlı müğənnilər arasında Aygün Kazımovaya minnətdaram. O, çıxdı və göstərdi: Mən qadınam, beləyəm, seksualam, mənə baxın. Aygün xanım hərəkətə başladı, lakin lazım olan nəticəni əldə edə bilmədi".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2510 Tarix: 19.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər