"Ömürboyu başqalarının mahnısını oxuyanlara artist deyə bilmərəm" - Murad Arif

"Ömürboyu başqalarının mahnısını oxuyanlara artist deyə bilmərəm" - Murad Arif

Azərbaycanda istedadlı musiqiçilər, müğənnilər çoxdur. Lakin, öz repertuarının olması, çoxalması və tutması mövzusunda düşünmədikləri üçün, onlar sadəcə “istedadlı” olaraq qalır.

BiG.AZ xəbər verir ki, bu sözləri müğənni və aparıcı Murad Arif sosial şəbəkədə yazıb.

O, yeni mahnı oxumayan, məhsuldar olmayan ifaçıları artist adlandırmadığını bildirib:

“Məhsuldar olduğun qədər varsan. Mən dəhşət gözəl oxuyan, amma ömürboyu ancaq Şövkətdən, Zeynəbdən, Müslümdən, Əlibabadan, Rəşiddən, Floradan, Məmmədbağırdan oxuyan adama özünü tapmış artist deyə bilmərəm. Cavanşir Quliyev, Aygün Səmədzadə, Vagif Gərayzadə, Eldar Mansurov, Nailə Mirməmmədli, Faiq Sücəddinov, Sevda Məmmədli, Xanım İsmayılqızı, Rəşad Haşımov, Vüqar Camalzadə, Gövhər Həsənzadə, Elçin İmanov, Asif Kərimov, Nadir Əzimov və hələ neçə keyfiyyətli gənc müəlliflər varkən, mahnı almağa qıymırsınız, yeni musiqini piar etməyə can çəkirsiniz. Təzə mahnını sevdirmək də ustalıqdır. Həm fantaziyan olmalıdır, həm ürək qoymalısan, həm maddiyat ayıracaqsan. Əmək budur! Hələ bir, gündəmdə olan popçulara ağız büzürlər...”.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 312 Tarix: 19.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər