Alimlər ölünün parçalanmasını lentə aldı: 17 ay hərəkət edirmiş — 18+ VİDEO

Alimlər ölünün parçalanmasını lentə aldı: 17 ay hərəkət edirmiş — 18+ VİDEO

Ölmüş adamın bədəni ölümündən il yarım sonra belə hərəkət etməyə davam edir. Bunu Avstraliya alimləri iddia edir.

Araşdırmalar Avstraliyada tafonomik eksperimental tədqiqatlar mərkəzində aparılıb. Mərkəzin adının baş hərflərindən götürülmüş abreviaturası (Australian facility for taphonomic experimental research) isə böyük məna kəsb edir - AFTER (SONRA).

BiG.AZ oxu24.com-a istinadən xəbər verir ki, “Vesti Medisina” portalının verdiyi məlumata görə, onlar 17 ay ərzində bir cəsədin parçalanma prosesini lentə alıblar.

Qeydə alınmış görüntülər həssas insanları şoka sala bilər: sözügedən aylar ərzində meyit davamlı şəkildə hərəkət edib.

İnsanların cəsədə olan ilkin və ümumi reaksiyası “böyük iyrənclikdir” olub. Koqnitiv antropoloq Paskal Buaye bütün məlum mədəniyyətlərdə ölü cəsədlərinin çirkli, murdar olması fikrinin təqdim olunduğunu açıqlayıb.

İnsanlar bu dəhşətli obyektdən onu torpaq, od və ya dənizə verərək ən qısa zamanda qurtulmağa çalışırlar. Bu, bədənin parçalanma prosesinin ilk dəfə yalnız XXI əsrdə ətraflı şəkildə sənədləşdirildiyini izah edir.

Meyitin parçalanmasının necə baş verdiyinin əks olunduğu 18+ videonu təqdim edirik:

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5320 Tarix: 18.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər