Xəzər TV nin əməkdaşlarına hücüm olub - VİDEO

Xəzər TV nin əməkdaşlarına hücüm olub - VİDEO
Xəzər TV nin əməkdaşlarına hücüm olub.

Hadisə Kürdəmir rayonunda çəkliş aparan zaman baş verib.

Xəzər Xəbərin Bölgə müxbiri Rəşid Rəşidov Bakı Qazax magistral yolunun kənarında olan restoranların birində çəklişdə olan zaman, mətbəxin hər tərəfi çirkab içərisində olduğunu lentə alıb.

Qab-qaşıqdan tutmuş döşəmə və divara qədər hər yer çirkli olmasının şahidi olub. Ət məhsullarının antisanitar şəraitdə saxlanılmasını çəkən zaman Jurnalistlər hücuma məruz qalıb.

Eyni zamanda nalayiq sözlər işlədərək kamera və mikrafonu da sındırmaq istəyiblər. Bundan əlavə kamaranı operatorun əlindən alaraq qaytarmaq istəməyiblər. Polisin müdaxiləsindən sonra kamera və mikrafon onlardan geri alınıb.

Daha çox yol kənarlarında fəaliyyət göstərən, belə antisanitar iaşə obyektləri ilə bağlı qida təhlükəsizliyi agentliyinə müraciət edilib.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 880 Tarix: 17.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər