Öz ölüm xəbərini televiziyadan eşidən 10 uşaq atası - "Ulduz"un Qədiri

Öz ölüm xəbərini televiziyadan eşidən 10 uşaq atası - "Ulduz"un Qədiri

Bu gün mərhum aktyor Bahadur Əliyevin anım günüdür.

BiG.AZ kulis.az-a istinadən xəbər verir ki, bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Geniş tamaşaçı kütləsi onu “Ulduz” filmində yaratdığı kolxoz sədri Qədir obrazı ilə tanıyır. Obraz o qədər gözəl ifa olunub ki, bütün hərəkətləri və sözləri dillər əzbəridir.

***

Rol aldığı film və tamaşalar tamaşaçıda həmişə təbəssüm yaradırdı. Həyatda da mehriban, səmimi, əliaçıq, həyat eşqli insan idi.

***

Bir müddət dublyaj sexinin direktor müavini işləyib. Sovet və hind filmlərinin səsləndirilməsində əvəzsiz əməyi olub. Bahadur müəllimi “dublyajın vuran ürəyi” adlandırırdılar.

***

Ədəbiyyatı çox sevirdi. Poeziyaya xüsusi sevgisi vardı. Hətta şeirlər də yazmışdı.

***

SSRİ və Hindistanın birgə çəkdiyi məşhur “Əlibaba və 40 quldur” filmdə rol almışdı.

***
Sonuncu çəkildiyi kadr kütləvi səhnələrdə yer aldığı “Bəyin oğurlanması” filmidir. Filmin sonuna yaxın kolxoz sədri Hidayət müəllimlə (Səməndər Rzayev) birgə rəqs edir. Lakin rəsmi geyimdə - kostyum və qalstukda olan Bahadur Əliyevin filmdə kimliyi bilinmir.

***

“Bəyin oğurlanmsı” 1985-ci ildə çəkilib. Bahadur müəllim bu filmdən 17 il sonra – 2002-ci ildə dünyasını dəyişib. Və bu 17 ildə ciddi böhranlarla üzləşən kinoda heç bir rol ala bilməyib. Bu fakt onun səhhətinə ciddi təsir edirdi.

***

Ailəsi də böyük idi. Onun 10 uşağı vardı.

***

Təkliyi heç vaxt sevmirdi. Hara getsə, dəvət alsa dostlarını da yanında aparırdı. Tənhalıqdan çox qorxurdu. Buna görə də daim insanların içində olurdu.

***

Bir dəfə televiziyada onun öldüyü haqqında xəbər oxunur. Bahadur Əliyev özü bu xəbəri eşidir və çox sarsılır.

***

Aktyorun ölümü də kədərli olub. 2002-ci ilin bu günü Sumqayıtda yolda gedərkən qəfil infarkt keçirərək dünyasını dəyişir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1792 Tarix: 17.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər