Qorxu zamanı orqanizmdə baş verən dəyişikliklər...

Qorxu zamanı orqanizmdə baş verən dəyişikliklər...Qorxu - həyatda hər bir insanın hiss etdiyi bir hissdir.

Yaşaya biləcəyimiz bir çox emosiyalar arasında məhz qorxu daha aktualdır belə ki,o daha aktual olub bizə daha çox təsir edə bilir. Qorxusuz həyat demək olar ki, mümkün deyil ,belə ki , bu hiss həyatın ayrılmaz hissəsidir. Və məhz bu səbəbdən ondan yaxa qurtarmaq mümkün deyil.

Qorxu nədir?

Qorxu - insanın başına gələ biləcəyi təhlükə zamanı yaşadığı mənfi emosional duyğu və həyəcan hissidir. Beyin təhlükə hiss etdikdə, adrenalın tullanmağa başlayır, o isə "vur və ya qaç"reaksiyasının yaranmasına səbəb olur. Bu böyük miqdarda olan adrenalin orqanizm tərəfindən yaxşı hiss edilərərək, qaçmaq və ya dayanıb müqavimət göstərmək reaksiyası yaradır. Lakin digər hallarda bu insanda bir stupor hissi də yaradır, bu hallarda insan sadəcə keyləşərək nə edəcəyini bilmir və bu qərarı verə bilmir.Məhz bu səbəbdən bir çox insanlar qorxunu neqativ hiss sayırlar, belə ki bu hiss onların orqanizminə pis təsir göstərir.

Qorxu orqanlara necə təsir göstərir...

Gözlər. İşığın daha çox alınması üçün göz bəbəyi genişlənir. Bu vəziyyət daha ayıq və məlumatlı olmağı təmin edir.

Ağız və boğaz. Ağız boşluğunun quruduğuna görə həzm şirəsi mədəyə çatmır. Bədənin enerjisi qorunub saxlanılır. Boğazda olan əzələlər gərgin olduğundan udqunmaq çətin olur.

Ürək. Ürək daha tez döyünür ki, qan və oksigeni bütün bədənə ötürsün. Bu halda qan təzyiqi də artır.

Dizlər. Adrenalinin yüksək səviyyəsinə görə dizlər hərəkətsiz olur. Buna görə dizlərinizdə zəiflik hiss edirsiniz.

Sidik kisəsi və bağırsaqlar. Sidik kisəsi və bağırsağın əzələləri o qədər zəifləyir ki, siz dərhal tualetə gedib rahatlanmaq istəyirsiniz.

Əl və ayaq barmaqları. Əl və ayaq barmaqlarında sancma hissi yaranır belə ki onlar lazımi qədər qan almırlar.

Qaraciyər.Enerjinin artırılması üçün qlükogenin karbohidrat ehtiyatı qlükozaya çevrilir.

Mədə. Həzm şirəsinin kəskin olaraq kəsilməsi turşuluğun yaranmasına səbəb olur, o isə mədəyə diskomfort yaradır.

Börəküstü vəz. Məhz burada adrenalın istehsal olunur.

Tər vəziləri. Maddələr mübadiləsinin sürətinin artamsına görə bədən qızır, bədənin sərinləməsinə görə isə tər vəzləri daha çox tər ifraz edir.

Dəri. Qanın çəkilməsinə görə dəri solğun olur. Bu ağrı hissini duymazdan öncə orqanizmin verdiyi ən əsas instikdir.

Beyin. Beyin "qaçmaq və ya dayanıb müqavimət göstərmək"reaksiyasını təyin edir.

Bunlar qorxu zamanı orqaznimdə baş verən proseslərdir. Lakin mütəxəsisslərin deyinə əsasən qorxu ilə mübarizə aparmaq yalnız onunla üz üzə gələrək mümkündür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1026   Tarix: 17 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381