"Vulkan" otelində dəhşətli qətl törədən məhkumla bağlı – Qərar

"Vulkan" otelində dəhşətli qətl törədən məhkumla bağlı – QərarBakıda 5 il əvvəl qısqanclıq zəminində qətl törədən Kürdəmir rayon sakini Asim Ağamalıyevin barəsində hökmdən verilən kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə məhkumun kasasiya şikayəti araşdırılıb.

Asim Ağamalıyevin vəkili Murtuzəli Abbasov kasasiya şikayətini belə əsaslandırıb ki, müdafiə etdiyi şəxsin barəsində birinci instansiya məhkəməsinin hökmü, Bakı Apelyasiya Məhkəməsinin qərarı qanunsuzdur.

Onun sözlərinə görə, müdafiə etdiyi Asim Ağamalıyevin əməlində cinayət törətməsi barədə heç bir sübut yoxdur.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, şikayət təmin olunmayıb.

İttihama görə, 2014-cü il noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki "Vulkan" motelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyidi tapılıb. Mərhumu qohumunun - Kürdəmir rayon sakini Asim Ağamalıyevin boğaraq öldürdüyü müəyyənləşib.

Afaq Şükürova ailəli olsa da, onun öz doğma əmisi oğlu ilə də münasibətləri olub.

2014-cü ilin noyabrın 20-də gecə "Vulkan" motelində hadisə baş verən zaman Afaq Şükürova orada əmisi oğlu ilə birlikdə olub.

"Vulkan" motelinə istirahətə gələn xanımla kişi arasında mübahisə düşüb. Motel otaqlarının birində əylənən cütlüyün mübahisəsi sonda qadının faciəli ölümü ilə nəticələnib.

İlkin məlumatda qadını əyləndiyi kişinin bıçaqladığı qeyd edilsə də, sonradan bu məlumat hüquq-mühafizə orqanları tərəfindən təkzib olunub.

Əməliyyat-istintaq tədbirlərindən sonra Afaq Şükürovanın özünü asaraq intihar etdiyi versiyası irəli sürülüb.

Lakin araşdırmalar zamanı məlum olub ki, Afaq Şükürova öz doğma əmisi oğlu Asim Ağamalıyev tərəfindən oteldə zorlanıb.
Sonra onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Asim Ağamalıyev Aşaq Şükürovanı öldürüb.

Asim Ağamalıyevin barəsində Cinayət Məcəlləsinin 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) və 29,149.1 (zorlamaya cəhd) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asim Ağamalıyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ilk 3 ilini həbsxanada, 15 ilini isə ciddi rejimli cəzaçəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Asim Ağamalıyev apelyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin barəsinsdə çıxardığı hökmü ağır olduğu bildirib. Asim Ağamalıyev cəzasının yüngülləşdirilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Asim Ağamalıyevin barəsində olan hökm dəyişdirilib.

Yeni hökmə əsasən, Asim Ağamalıyevin cəzası 16 ilə endirilib.

Bu qərardan narazı qalan Asim Ağamalıyevin vəkilləri kasasiya şikayəti verib.

Bir müddət əvvəl Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə araşdırma aparılan zaman Asim Ağamalıyev cəza çəkdiyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsindən məhkəməyə ərizə göndərib.

Məhkum ərazisində kasasiya şikayətinə baxılmasından imtina etdiyini göstərib. O, qeyd edib ki, şikayətinə əlavələr edəcək və bu səbəbdən işin geri qaytarılmasını xahiş edib. Bu səbəbdən həmin vaxt məhkumun istəyi nəzərə alınmışdı və kasasiya şikayəti baxılmamış saxlanılmışdı.

Yenidən kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edən məhkum bu dəfə günühsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1031   Tarix: 17 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988