Hansı hallarda qaz sayğacları çıxarıla və qaz verilişi dayandırıla bilər?

Hansı hallarda qaz sayğacları çıxarıla və qaz verilişi dayandırıla bilər?Bir çox hallarda "Azəriqaz" İB-nin müvafiq əməkdaşları tərəfindən qaz sayğacının çıxarılması və qaz verilməsinin dayandırılması halları ilə qarşılaşırıq. Hansı hallarda qaz sayğacları çıxarıla bilər və hansı hallarda mənzilinizə və ya obyektinizə qaz verilişi dayandırıla bilər?

Qaz sayğaclarının çıxarılması halları və dövlət qeydiyyatına göndərilməsi

1. Qaz sayğaclarının çıxarılması.

1.1 Əhali abonentlərinin mənzillərində quraşdırılmış sayğaclar aşağıda göstərilən hallarda qaz xəttinin üzərindən çıxarıla bilər:

- Sayğacın hesablayıcı mexanizminə, hesablayıcı mexanizminin və birləşmələrinin plomblarına müdaxilə olunduqda, növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün; - Sayğac düzgün işləmədikdə (sayğacdan qaz keçmədikdə, aşağı sərfiyyatı qeyd etmədikdə, hesablama mexanizmi dayandıqda, elektron hissəsi işləmədikdə, işlək vəziyyətdə müəyyən səslər gəldikdə) növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün; - Mənzil daxilində və ya həyətlərdə quraşdırılmış sayğaclar kənara çıxarıldıqda; - Sayğaclar yeni müasir tipli sayğaclarla əvəz edildikdə; - Sayğac faktiki sərfiyyata uyğun olmadıqda; - Sayğacın növbəti dövlət yoxlamasının vaxtı çatdıqda; - Sayğacın birləşməsində sızma aşkar olunduqda.

1.2 Qaz sayğaclarına yerində baxış zamanı təbii qazdan qanunsuz istifadə halları (sayğaca, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və ya sayğacın yivli birləşməsinə vurulmuş plomba müdaxilə olunduqda) aşkar edildikdə, qaz təminatı dərhal dayandırılır. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar istehlakçı tərəfindən aradan qaldırıldıqdan sonra qazın verilməsi bərpa edilir.

1.3 Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsini "Azəriqaz" İB-nin müvafiq struktur bölmələri tərəfindən müvafiq qaydada təmin edir. İstehlakçının arzusu ilə və ya müdaxilə hallarında qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

1.4 Qeyri-iş saatlarında qaz sayğacının normal işləməsində hər hansı bir nasazlıq, sızma və s. barədə "Azəriqaz" İB-nin müvafiq stuktur bölmələrinə daxil olan məlumatlar qeydiyyata götürülərək dərhal yerində araşdırılır. Plombun qırılmasına və ya sayğacın dəyişdirlməsinə zəruriyyət yaranarsa, qaz təminatı dayandırılır və növbəti iş günü ərzində müvafiq qaydada tədbir görülür.

1.5 Hər hansı bir təbii fəlakət nəticəsində yararsız hala düşən qaz sayğacı "Azəriqaz" İB-nin müvafiq stuktur bölmələri tərəfindən əvəzlənir.

2. Dövlət yoxlamasına gətirilən sayğacların qeydiyyatı və sənədləşdirilməsi.

2.1 Sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü (Bakı, Sumqayıt, Abşeron üzrə 5 iş günü) müddətində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə gətirilir.

2.2 Dövlət yoxlamasına gətirilən sayğacın qəbul edilərkən göstəricisi və plombların nömrəsi siyahıda göstərilən rəqəmlərə uyğun olmadıqda xüsusi qeydiyyat aparılır və İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən "Azəriqaz" İB-yə məlumat verilir.

2.3 İstehlakçının istəyi ilə qaz xəttinin üzərindən açılmış sayğacın yoxlanılmasının bütün mərhələlərində, həmçinin sınaq qurğusunda iştirakı təmin edilir.

2.4 Sayğacların İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə daxil olan vaxtdan, 10 iş günü müddətindən gec olmayaraq dövlət yoxlamasından keçirilməsi, sənədləşdirilməsi və "Azəriqaz" İB-nin nümayəndəsinə təhvil verilməsi təmin edilir.

2.5 İstismara yararsız hesab edilmiş (müdaxilə faktı aşkar olunmamış) və müdaxilə faktı aşkar olunmuş və ya hesabatı qeydiyyata almayan sayğaclara "Azəriqaz" İB-nin nümayəndəsinin iştirakı ilə müvafiq olaraq aktlar (bildirişlər və rəylər) tərtib edilərək İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən 7 iş günü müddətində (sayğacların qəbulundan sonra) "Azəriqaz" İB-yə təqdim edilir (Əlavə 6 və Əlavə 7).

2.6 Aktların (bildirişlər və rəylər) müvafiq tədbirlər görülməsi, sayğacın bərpası və dəymiş ziyanın ödənilməsi məqsədi ilə istehlakçıya rəsmi məlumat təqdim edilir.

2.7 Abonent müdaxilə edilmiş və ya onun təqsiri nəticəsində sıradan çıxmış sayğaca görə dəymiş zərərin ödənilməsini təmin etməlidir. Yəni sayğacın dəyərini (bütün xərclər daxil olmaqla) "Azəriqaz" İB-nin hesabına ödəməlidir.

2.8 Abonent dəymiş zərəri "Azəriqaz" İB-nin hesabına ödəmədikdə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" nömrəli "AKT" tərtib edilərək quraşdırılmış sayğac çıxarılır və həmin mənzilin qaz təminatı müvafiq qaydada dayandırılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 598   Tarix: 17 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazpəri Dostəliyeva: "500 manat verib trenddə olurlar"

"Bir axındır gəlir. Bu sənəti, işi bilməyənlər, hamı əlinə mikrofon alıb səhnəyə qaçırlar. Düzdür sənətkarlar efirə çıxanda Azərbaycan musiqisini olduğu kimi təqdim edirlər. Amma günah bizdədir. Çünki gec-gec çıxırıq, ona görə də meydan qalıb uşaqlara. Onlar gənclərimizdir, oxusunlar. Deməsinlə

15.04.2024 102
.

Hülya Afşarın dedikləri gündəmə bomba kimi düşdü

Türkiyəli müğəni Hülya Afşar evlilik proseduru ilə bağlı verdiyi təklifə ölkə əhalisinin sərt reaksiyası ilə üzləşib. -ın xəbərinə görə, Afşar qızı evliliklərin də kirayə müqaviləsi kimi 5 il müddətinə imzalanmasını təklif edib. "Beş ildən bir evlilik müqaviləsi yenilənməlidir. O zaman ər-arva

15.04.2024 290
.

Doğma qızına 18+ videolar göstərirmiş...

Azərbaycanda daha bir dəhşətli cinayətlə bağlı məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 14 yaşına çatmamış öz doğma qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən 1971-ci il təvəllüdlü Samir Məmmədova (ad-soya

15.04.2024 490
.

Bulvarda gəmidə gəzintiyə niyə icazə verilmir? - Açıqlama

"Hazırda Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri müvəqqəti olaraq işləmir". xəbər verir ki, bu barədə AZƏRTAC-a Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki

15.04.2024 224
.

Bərpasına 846 milyon avro xərcləndi - Fotolar

Fransanın paytaxtı Parisdə 5 il əvvəl yanğın zamanı zərər görən məşhur Notr-Dam kilsəsinin dekabrda yenidən açılışı planlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Xəbərdə qeyd edilib ki, kilsənin bərpasına cavabdeh olan ictimai təşkilat, "Rebatir Notre-Dame d

15.04.2024 156
.

"Şagird bir sualın cavabını səhv köçürübsə, bu, heç bir halda bağışlanmamalıdır" - Kamran Əsədov

İmtahan prosesinin ən vacib hissəsi düzgün cavabların cavab kartına köçürülməsidir. Abituriyentlər bəzi sualları səhv köçürmək nəticəsində bal itirirlər. Cavab kartları hər şagirdin adına bir dəfə çıxarılır. Bəs alternativ cavab kartlarına ehtiyac varmı?. Mövzu ilə bağlı -a danışan təhsil eksperti Kamra

15.04.2024 1803
.

Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO

Yaz aylarında təbii bitən, xüsusilə də qida kimi istifadə edilən bitkilərə maraq çoxalır. Belə bitkilərdən biri də qulançardır. Əsasən dadı və tərkibinin zənginliyi ilə seçilən qulançar çoxlarının qida rasionunda xüsusi yer tutur. İndi qulançarın yığım vaxtıdır. Məhsul əl ilə yığılır və 200-250 qramlı

15.04.2024 540
.

Dilarə Əliyeva mərhum həyat yoldaşı ilə son mesajından danışdı - VİDEO

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana şousu"na qonaq olub. Aktrisa proqram zamanı mərhum həyat yoldaşı Oqtay Əliyevlə son yazışmasından danışıb. Əliyeva bildirib ki, həyat yoldaşı ilə son dəfə bağdakı güllər üçün dərman alınmağı barədə mesajlaşıb. Xatırladaq ki, Azərbaycanın əməkda

15.04.2024 749
.

Əhalinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 6769 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il mart ayının 1-i vəziyyətinə 10187539 nəfər təşkil edib. Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri

15.04.2024 268