Ürək qapağı infeksiyası nədir? - Əlamətləri, müalicəsi...

Ürək qapağı infeksiyası nədir? - Əlamətləri, müalicəsi...Ürək infeksiyası

Ürək klapanlarının daxili hissəsini əhatə edən endokardiyal təbəqənin infeksiyası əksər hallarda ürək klapanlarına da təsir edir. Medicina.az xəbər verir ki, ürək qapağının infeksiyaya yoluxması, sonradan ciddi həyati təhlükəyə səbəb ola bilər. Bu infeksiyalar ümumiyyətlə, bakteriyalardan qaynaqlanır, lakin bəzi nadir hallarda müxtəlif göbələk infeksiyaları səbəbindən inkişaf edir. Hər hansı bir yolla qana daxil olan bakteriya və ya göbələk ciddi ürək xəstəliyinə, ürək qapağının səmərəli işləməməsinə və ritminin pozulmasına gətirib çıxardır.

Ürək qapağı infeksiyasının əlamətləri

Ürək qapağının infeksiyası olan insanlarda yorğunluq, zəiflik, qızdırma, oynaq ağrısı, əzələ ağrısı və çəki azlığı kimi xoşagəlməz hallar baş verir. Ürək qapağı infeksiyasının diaqnozu müxtəlif görüntü üsulları və seriyalı qan analizlərinin tətbiqi ilə mümkündür.

Ürək qapağı infeksiyasının müalicəsində cərrahi müdaxilələr

İnfeksiyanın fərqli-fərqli müalicə üsulları var. Ancaq tibbdə 2 üsuldan daha geniş istifadə edilir. Bunlar dəyişdirmə və yeniləmə üsullarıdır. Dəyişdirmə əməliyyatlarında yoluxmuş örtük tamamilə çıxarılır, mexaniki və ya bioloji örtüklə əvəz olunur. Bioloji qapaqlar donuz, inək və at kimi heyvanların ürək örtüklərindən hazırlanır. Zamanla köhnəlir, 10 ildən 20 ilə kimi davamlılıq göstərir. Mexaniki qapaqlar isə karbondan hazırlanır və səthləri nanometrik səviyyədə yağlanır. Bu halda qan mexaniki qapağa yığılmır və heç bir şəkildə laxtalanmır. Mexaniki qapaq əməliyyatı keçirən xəstələr daima həkim məsləhətinə uyğun olaraq xüsusi dərmanlardan istifadə etməlidirlər. Belə olan halda mexaniki qapaq bioloji qapağa nəzərən daha uzun ömürlü olur.

Qapağın dəyişdirilməsi əməliyyatı hansı hallarda həyata keçirilir

Bəzi hallarda infeksiyaya yoluxmuş qapağın dəyişdirilməsi əvəzinə antibiotiklərlə müalicə olunaraq, yenilənməsi də mümkündür. Ancaq bunun baş verməsi üçün ürək qapağı müalicəyə hazır olmalıdır. Müalicə olunan ürək klapanlarının təkrar infeksiyası riski də var. Buna görə də əksər hallarda əməliyyata üstünlük verilir. İnfeksiyanın aktiv olduğu müddətdə edilən əməliyyat isə yeni qapağın da infeksiya riskini artırır. Mütəxəssislər tövsiyə edir ki, ilk simptomlar özünü göstərən kimi müayinə edilməli və əməliyyata qərar verilməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 952   Tarix: 16 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Arıqlamaq üçün ən yaxşı və doyumlu səhər yeməyi hansıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Arıqlamaq istəyənlər üçün ən yaxşı səhər yeməyi pendirli omlet və avokado ilə tost ola bilər". Bu barədə rusiyalı endokrinoloq və qastroenteroloq Dilyara Lebedeva "Doctor Piter" portalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu, ən azı altı saat aclıq hiss etməməyə imka

30.03.2024 544
.

Zərərsiz hesab etdiyimiz vərdişlər mədə xərçəngi yaradırmış

Həddindən artıq çox yemək və ya ayaqüstü istehlak vərdişi mədə xərçənginə səbəb olan zərərsiz faktorlardandır. Bu barədə rusiyalı onkoloq və cərrah Beslan Balkarov xəbərdarlıq edib. Mütəxəssisin sözlərinə görə, mədədə xərçəng hüceyrələrinin digər potensial səbəbi "Helicobacter pylori" bakteriyasıdır

20.01.2024 1206
.

Alkoqol zəhərlənməsinin hansı əlamətləri var?

Həkim ağır alkoqol zəhərlənməsinin təhlükəli əlamətlərini açıqlayıb. xarici mətbuata istinadən xəbər verir ki, alkoqolun həddin artıq istehlakı çaşqınlıq, nitqin pozulması və koordinasiyanın olmamasına gətirib çıxarır. Bundan əlavə zəhərlənmə bulantı ilə müşayiət oluna bilər. Zəhərlənmə bədən istiliyini

06.01.2024 1141
.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20.03.2024 887
.

Yuxu zamanı ağızdan axan maye nəyi göstərir?

Yuxu zamanı ağızdan axan suyun ölümcül xəstəliklərin əlaməti ola biləcəyi vurğulanıb. Yuxu zamanı suyun axması ümumiyyətlə normal fizioloji prosesdir. Yuxu zamanı bədən rahatlaşır və əzələlər rahatlaşır. Bu, həmçinin ağız və boğaz əzələlərinin rahatlamasına səbəb olur ki, bu da tüpürcəyin sərbəst axmasın

11.02.2024 1095
.

Yaşlanmanı gecikdirən qidalar

Bilirik ki, yediklərimiz sağlamlığımıza böyük təsir göstərir. Çoxumuz yeməklərimiz üçün sağlam qidalar seçmək üçün əlimizdən gələni edirik. Bol tərəvəz istehlak etmək, işlənmiş ət və şəkəri minimuma endirmək sağlam yaşlanma üçün yaxşı başlanğıcdır. Axşam.az xəbər verir ki, seçdiyimiz qidalardan bəzilər

21.01.2024 1301
.

Alimlər dünyada xərçəngə yoluxma hallarının artdığını açıqlayıblar

Xərçəngə yoluxma halları bütün dünyada artır və daha çox gənclərdə diaqnoz qoyulur. Bu barədə araşdırma "BMJ Oncology" jurnalında dərc olunub. Araşdırmalara görə, ABŞ-də 20 il ərzində xərçəng diaqnozunun göstəricisi 12,8% artıb. Tədqiqat, həmçinin bütün dünyada, ilk növbədə Şimali Amerika

13.01.2024 1054
.

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. "Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfində

18.02.2024 851
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14.04.2024 366