Parlament seçkiləri nə vaxt baş tutacaq - Millət vəkili AÇIQLADI

Parlament seçkiləri nə vaxt baş tutacaq - Millət vəkili AÇIQLADI

2020-cı ilin noyabr ayında növbəti parlament seçkiləri keçiriləcək. Lakin aprel ayında növbədənkənar parlament seçkisinin keçiriləcəyi ilə bağlı fikirlər də müzakirə olunmaqdadır.

Bununla bağlı BiG.AZ-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, bu gün hər yerindən duran seçkilərlə bağlı fikir səsləndirir:

"2020-ci ilin noyabrında keçiriləcək parlament seçkilərinin avqust və aprel aylarında olacağı ilə bağlı iddialar irəli sürürlər. Bu iddialar yalnışdır. Bu gün bəziləri yuxudan ayılıb deyir ki, sabah parlament seçkisi keçiriləcək. Bu uşaq oyuncağı deyil. Parlament seçkiləri qanunvericiliyə uyğun olaraq 2020-ci ilin noyabrında keçiriləcək. Bunu həm də dəfələrlə Yeni Azərbaycan Partiyasının rəsmiləri də qeyd edib. Əgər hər hansı fövqəlada hadisə baş verməsə növbədənkənar parlament seçkilərinin keçirilməsi nəzərdə tutulmur".

Aysel Yusifqızı

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 295 Tarix: 16.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər