Bütün redaksiya kollektivi bir hərf səhvinə görə güllələndi - Amansız qərar

Bütün redaksiya kollektivi bir hərf səhvinə görə güllələndi - Amansız qərarBəzən buraxılan adi bir səhv, yaxud kiçik bir diqqətsizlik böyük hadisəyə səbəb olur. Xüsusilə mətbuatda yol verilmiş xətanın səs-küyü, qalmaqalı daha böyük miqyas alır, bir hərfin yerində olub-olmaması ağlasığmaz hadisələrlə nəticələnir.

Adətən mətbuatda buraxılan səhvlər daha çox ictimai qınaqla üz-üzə qalır, sonralar isə hətta yumora çevrilir. Amma həmişə yox. Mətbuat tarixində elə hadisələr baş verib ki, sonda milyonlarla insan həmin hadisənin sonluğunun faciə ilə bitdiyinin canlı şahidi olublar.

Sovet dövründə də belə hadisələr az olmayıb. Azad və müstəqil mətbuatın olmadığı SSRİ-də bu sahə son dərəcə ciddi nəzarətdə saxlanılıb. Bu məqsədlə Mərkəzi Komitədən başlamış, ayrı-ayrı nazirliklərin, komitələrin, vilayət, şəhər və rayon partiya komitələrinin rəsmi orqanları olan qəzetlərə kifayət qədər böyük sayda ştat ayrılıb. Dövlətin əsas ideoloji silahlarından biri olan mətbuata dövlət öz büdcəsindən pul ayırmağa heç vaxt "xəsislik" etməyib.

Bütün bu yaradılmış şəraitə baxmayaraq qəzetləri oxuculara tam "ideal" vəziyyətdə təqdim etmək redaksiyalar üçün heç də həmişə mümkün olmayıb. Qəzetdə gedən yazılar korrektorun, müəllifin, şöbə müdirinin, məsul katibin, baş redaktor müavininin, baş redaktorun və nəhayət, məsul növbətçinin, sonda isə "qlavlit"in gözünün altından keçməsinə baxmayaraq, böyük problemlər yaradan kiçik səhvlər bəzən diqqətdən yayınıb. Bu diqqətsizliyin fəsadları isə fərqli olub, töhmət, müəyyən müddətə mükafatlardan məhrum olmaq, işdən azad edilmək və s.

Amma 1944-cü ildə "Pravda Vostoka" qəzetində buraxılmış səhv bötöv bir redaksiyanın əməkdaşlarının güllələnməsi ilə nəticələnib.

Sovet dövründə "Pravda Vostoka" qəzeti Özbəkstan Kommunist Partiyası Mərkəzi Komitəsinin, Ali Sovetin və Nazirlər Sovetinin rəsmi qəzeti olub. Qəzet 2 aprel 1917-ci ildən "Bizim qəzet" adı ilə fəaliyyətə başlayıb və rus dilində nəşr olunub. 1924-cü ildə isə adı dəyişdirilərək "Pravda Vostoka" olub.

250 min tirajla gündəlik nəşr olunan "Pravda Vostoka" qəzetində rəsmi materiallarla yanaşı, tənqidi yazılar da dərc olunub. Bu yazılardan sonra tənqid olunan "hədəf"in məsələsi müttəfiq respublikanın Mərkəzi Komitəsində müzakirəyə çıxarılıb ki, bunun da sonluğu heç də yaxşı nəticələnməyib. Məhz elə buna görə təşkilat rəhbərləri, ayrı-ayrı vəzifəli şəxslər bu qəzetin əməkdaşlarından kənar gəzməyə çalışıblar, onların hədəfinə düşməmək üçün ehtiyatla davranıblar.

Amma həmin illərdə bəlkə də heç kimin ağlına gəlməyib ki, "Pravda Vostoka" qəzeti özü hədəfə düşəcək, özü də birbaşa İosif Stalinin hədəfinə.

1944-cü ilin oktyabrında Yuqoslaviya lideri İosip Broz Tito İosif Stalinə Belqradın azad olunması münasibətilə təşəkkür məktubu göndərib. Həmin məktub SSRİ-nin bütün mətbu orqanlarında birinci səhifədə çap olunub.

O cümlədən oktyabrın 25-də "Pravda Vostoka" qəzetində də həmin məktub dərc olunub. Sırf təsadüf və diqqətsizlik nəticəsində məktubun başlığında Stalinin vəzifəsində bir hərf buraxılıb, "qlavnokomanduyuşi" (главнокома́ндующий ) sözündə L hərfi buraxılıb və söz "qavnokomanduyuşi" (гавнокома́ндующий) kimi gedib (qovno – təzək).

Səhər tezdən qəzetin abunəçilərə və satışa yayımından bir saat ötməmiş redaksiya mühasirəyə alınıb. Redaksiyanın bütün əməkdaşları həbs edilib. "NKVD" əməkdaşları iki sutka ərzində qəzetin bütün tirajını satışdan və abunəçilərdən yığmağa nail olub. Yalnız 6 nüsxə qəzet tapılmayıb. (Yazıda verilmiş qəzet şəkli də məhz həmin 6 nüsxədən biridir).

Redaksiya kollektivi haqqında qərar çıxarmaq üçün uzun-uzadı vaxt sərf olunmayıb. Bütün kollektiv sorğu-sualsız eyni maddə ilə (58-ci maddə) ittiham olunaraq ən ağır cəzaya, güllələnməyə məhkum ediliblər.

Adətən sərt və amansızlığı ilə fərqlənən Stalinin yumor hissləri, zarafatları da az olmayıb. Və o, bu cür qəzet səhvləri ilə bir neçə dəfə üzləşib. Amma insident bir az "yumşaq" və "rahat" sona çatıb, vəzifədən azad edilməklə, yaxud 5-10 il sürgünə göndərilməklə.

Hətta belə səhvlərin birinə görə Stalin redaksiyaya təşəkkür də edib. 1938-ci ildə Stalin Polşa səfiri ilə görüşündən sonra "İzvestiya" qəzetində görüşlə bağlı yazı verilib. Yazıda "Vstreça İosifa Stalina s polskim poslom" ifadəsində bir hərf "itib" və belə alınıb: "Vstreça İosifa Stalina s polskim oslom". ("Встреча Иосифа Сталина с польским ослом").

Stalin qəzeti oxuduqdan sonra redaksiyaya zəng vurub və xəbərdarlıq edib:

- Redaksiyanın əməkdaşlarından heç kimi cəzalandırmaq lazım deyil. Əslində məqaləni yazan düz yazıb. Polşa səfiri əsl eşşəkdir...

Amma nədənsə Stalin "Pravda Vostoka" qəzetinə heç bir güzəştə getməyib. Yəqin ki, həmin anda Ali Baş Komandanın əhvalı arzuolunan olmayıb, qəzəbini boğa bilməyib... (Musavat.com)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1340   Tarix: 16 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960