Piyadaların ölümünə səbəb olan tikintilər - VİDEO

Piyadaların ölümünə səbəb olan tikintilər - VİDEOPiyada səkilərinin tikintilər tərəfindən zəbt olunması və təhlükəsizliklə bağlı hər hansı bir tədbirin görülməməsi insanların həyatını təhlükəyə atır. Getmək üçün yol tapa bilməyən insanlar isə məcbur qalıb avtomobil yolu ilə hərəkət edir. Bu da onların həyatı üçün çox böyük təhlükədir.

Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Sakin: "Camaat piyada səkisi ilə".

Sakin: "Heç bir yanda qoruyucu şeylər yoxdur. Mən özüm əvvəllər tikintidə işləmişəm. 2-3 metr məsafə ilə edirdilər. Setkalar qoyurdular. Hanı setkalar? Olmaz düzgün deyil".

Sakin: "Tikmək, qurmaq yaxşıdır. Ancaq müəyyən normativləri də gözləsələr yaxşı olar. Misal üçün ora yüngülvari qoyublar. Ordan yuxarı yoxdur. Olsa pis olmaz".

Ekspertlərin sözlərinə görə, tikinti sahələrində bütün potensial təhlükə riskləri nəzərə alınmalıdır. Əgər çoxmərtəbəli bina inşa olunursa, onun ətrafında qoruyucu çıxıntılar olmalıdır.

Elmar Nurəliyev - Ekspert: "Taxtadan məhəccərlər qurulmalıdır. Bu həm işçinin ehtiyatsızlıqdan yıxılmasının qarşısını alar, həm də orada çalışan işçinin əlindən hər hansı bir əşya, mal-materialın ehtiyatsızlıqdan aşağı düşərək ordan keçən piyada, əmlak və ya maşına bir zərər verməsinin qarşısını alar".

Müşahidələrimiz göstərir ki, əksər tikintilərdə bu qaydalara əməl edilmir. Məsələn, elə yaşayış binalarının arasında olan tikintidə, nə qoruyucu çıxıntılar var, nə də ki hasarın üzərində hər hansı bir qoruyucu sədd çəkilib. Burada hər an hər hansı bir faciəvi hal baş verə bilər.

Sulhiddin Bağırov - İş icraçısı: "İndi elə obyektlər olur ki, imkanları olmur. Onlar çəpərlənmənin üstündən "kazerok" düzəltməlidir. İnsanların təhlükəsizliyini təmin etməlidir. Bu əsas şərtlərdən biridir. Bir də 1 mərtəbə aşağıdan mütləq qoruyucu lövhə olmalıdır ki, yuxarıdan düşən cisim aşağı düşməsin, orda qalsın".

Elmar Nurəliyev - Ekspert: "2-ci növbədə tikinti sahəsində olan qaldırıcı kranlar, dəmiz və taxta konstruksiyalardan ibarət olan qoruyucular möhkəm və dayanıqlı bərkidilməlidir. Onun etibarlı olmasına əmin olmaq lazımdır. Həmin dəmir, taxta konstruksiyaların, kranların quraşdırılmasında küləyin həmin istiqamətdə tutma sürətini nəzarətdən keçirmək lazımdır ki, daha etibarlı olsun".

Xatırladaq ki, ötən həftə paytaxtda binalardan birinin iri şüşə parçasının yerə düşməsi 2 nəfərin ağır xəsarət alması ilə nəticələndi. Bu, ilk belə hal omadığı kimi, sonuncu da olmaya bilər. Ona görə, xüsusən çox mərtəbəli binaların yanından keçərkən, ayağımızın altına baxdıgımız kimi, başımızın üstünə də baxaq. Əks halda sonluq daha faciəvi ola bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 492   Tarix: 16 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

22:01 0
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

12:44 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

17:16 0
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

20:45 0
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

16:18 0
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

14:55 0
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

21:30 0
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

16:28 0
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

14:37 262