Məşhurların olduğu təyyarə QƏZAYA UĞRADI - Çox sayda ölü və yaralı var / VİDEO

Məşhurların olduğu təyyarə QƏZAYA UĞRADI - Çox sayda ölü və yaralı var / VİDEO

Kolumbiyanın Popayan şəhəri yaxınlığında “Piper PA-31-350” tipli təyyarə idarəetmədən çıxaraq, yaşayış evlərinin üzərinə düşüb.

BiG.AZ redaktor.az-a istinadən xəbər verir ki, qəza nəticəsində 8 nəfər həyatını itirib. 1-i uşaq olmaqla 3 nəfər xəsarət alıb. Yaralılardan biri qəza zamanı yaxınlıqda olan 10 yaşlı uşaq olub. Xəstəxanaya yerləşdirilənlərdən ikisinin vəziyyəti ağırdır. Yerli mənbələrin iddiasına görə, kiçik layner yerli şirkətə məxsus olub. Qəza nəticəsində yaşayış evlərinə də ciddi ziyan dəyib. Zərbənin təsirindən laynerin hissələri ətrafa səpələnib.

Sərnişinlərin kimliyi barədə rəsmi məlumat olmasa da, media onların arasında iki yerli məşhur idmançının olduğunu iddia edir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 848 Tarix: 16.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər