Həyatınızı dəyişəcək on damla qan - Sizi xilas edə bilər

Həyatınızı dəyişəcək on damla qan - Sizi xilas edə bilərBu gün dünyanın bir çox ölkələrində yeni doğulmuş körpələrdən "daban testi" götürülür. Bu testin götürülməsində məqsəd isə yeni doğulmuş körpədə bir müddət görünməz olan, lakin sonradan özünü biruzə verəcək xəstəlikləri aşkarlamaqdır. Bu cür xəstəliklər sırasına müalicə edilən bilən müxtəlif metabolik və hormonal problemlər də daxildir. Qeyd edək ki, analiz zamanı qan uşağın dabanından götürüldüyündən, buna çox zaman "daban testi" deyilir.

Alimlər sübut edir ki, bu cür üsullarla hətta əqli geriliyi, gələcəkdə ölümə səbəb ola biləcək xəstəlikləri də müəyyənləşdirmək mümkündür. Bu testlər inkişaf etmiş ölkələrdə bir qayda olaraq bütün yeni doğulan körpələrdən götürülür. Xəstəliyin erkən müddətdə aşkarlanması isə ölüm və həyatın iflic olma riskini azaldır, yaxud da aradan qaldırır.

Körpə doğulandan sonra 10 gün 48 saatdan gec olmayaraq götürülən bu testlər onun gələcək həyatı üçün çox önəmlidir.

Artıq bir müddətdir ki, ölkəmizdə, daha dəqiq desək, müxtəlif özəl klinikalarda "daban testi" həyata keçirilir. Bu testin qiyməti isə 150 manatdan başlayır. Dövlət xəstəxanalarında isə hələlik, belə bir proqram icra olunmur. Lakin yaxın aylarda pulsuz olaraq övladını "daban testi"ndən keçirtmək istəyən valideynləri şad xəbər gözləyir.

Milli.Az bildirir ki, baş pediatr Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda məlumat verib: "Bu testlə müxtəlif xəstəliklərə görə erkən diaqnoz qoyulur. Yəni gələcəkdə aşkarlanan xəstəliklərə nəzarət etməklə, müəyyən dərman preparatları qəbul etməklə riskləri azaltmaq mümkündür. Müəyyən pəhrizli qidalarla da xəstəlik aşkarlanan körpəni qorumaq mümkün olur. Əlavə olaraq qeyd edim ki, qalxanvari vəzi funksiyasının anadangəlmə aşağı olması kimi bir sıra xəstəlikləri müəyyənləşdirmək mümkündür".

"Artıq daban testinin dövlət xəstəxanalarında da reallaşdırılması üçün respublikamızda hazırlıqlar aparılır, bunun üçün müəyyən avadanlıqlar əldə olunur. Bütün lazımi işlər yekunlaşdıqdan sonra isə yeni doğulanlarda bir sıra irsi xəstəliklərin diaqnostikası məqsədilə "Skrining proqram"ı (Screening Programme) tətbiq olunacaq. Yəqin ki, öncədən bununla bağlı olaraq hansısa bölgədə bir pilot layihə reallaşdırılacaq. Bu proqram dövlət vəsaiti hesabına baş tutacaq və pulsuz olacaq" - deyə o, əlavə edib.

İl ərzində təxminən 130 mindən artıq körpənin dünyaya gəldiyini vurğulayan ekspertin sözlərinə görə, bunun üçün böyük bir sistemin qurulması o qədər də asan deyil.

Həmsöhbətimiz proqramın nə zaman işə başlayacağı ilə bağlı dəqiq məlumat verə bilməyəcəyini, lakin buna sürətlə hazırlıq görüldüyünü vurğulayıb.

Bu test zamanı xüsusi hazırlanmış kağıza 9-10 damla qan axıdılır. Nəticələr bir həftədən sonra məlum olur. Bu zaman uşaqda ola biləcək 50-dən çox irsi xəstəlik müəyyən edilir.

Sözsüz ki, testin nəticəsi uşaqda bu və ya digər xəstəliyin olduğunu 100 faiz müəyyən etmir. Lakin həkimlər testin nəticəsinə görə, şübhə yaranarsa, valideynə ixtisaslaşmış şöbəyə müraciət etmək üçün göstəriş verə bilərlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 879   Tarix: 16 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

13:00 156
.

Bakıda DƏHŞƏT! - Sevgilisini öldürüb özünü yaraladı

Bakıda 22 yaşlı qadın qətlə yetirilib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub

10:03 436
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 612
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 460
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 451
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19.04.2024 680
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 225
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19.04.2024 633
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19.04.2024 434