35 il səhvən həbsdə yatan qadın üç milyon dollar təzminat alacaq - FOTO

35 il səhvən həbsdə yatan qadın üç milyon dollar təzminat alacaq - FOTOİki insanın ölümündə təqsirli bilinərək 35 il məhkumluq həyatı yaşayan amerikalı qadın bəraət alıb. Hazırda Keti Vudz təzminat almaq niyyətindədir.

Keti 1980-ci illərdə həbsə düşüb. O dövrdə qadın iki nəfərin qətlində təqsirli bilinirdi. Uzun illər sonra məlum olub ki, Vudzun sözügedən qətllərlə heç bir əlaqəsi yoxdur. Keçmiş məhkumun vəkili bildirib ki, 68 yaşlı müvəkkilinə 3 milyon dollar təzminat ödənilməlidir.

Sözügedən cinayət 1976-cı ildə San-Fransisko körfəzində törədilib. Qatil 17 yaşlı Pol Bakster və 19 yaşlı Mişel Mitçeli öldürüb. Qətlə yetirilənlər tələbə idi. İstintaqla məşğul olan detektivlər günahı o dövrdə psixiatrik klinikada müalicə olunan Vudzun boynuna yıxdılar.

Amma 2014-cü ildə cinayət baş verən yerlərdən birində tapılan siqaret kötüyünün DNT analizindən sonra Ketinin günahsız olduğu üzə çıxdı. Sözügedən siqaret kötüyünün analizi bu cinayətin Rodni Xelabauer tərəfindən törədildiyini üzə çıxardı. Rodni hazırda ömürlük həbs olunub və 6 gənc qızı qətlə yetirdiyi üçün cəzalandırılıb.

2015-ci ildə Keti Vudz bəraət alaraq həbsdən azad edilib. Amma onun işi üzrə məhkəmə hələ də davam edir. Məhkəmənin sonuncu iclasında hakimlər yekdilliklə ona təzminat ödənilməsi barədə qərarı dəstəkləyiblər.(oxu)

35 il səhvən həbsdə yatan qadın üç milyon dollar təzminat alacaq - FOTO

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1815 Tarix: 14.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
orf_lmn91
orf_lmn91 15.09.2019
aman allahim haqsizlig ser bohtan heyaT TERZindede insanlari gudur heyf bu daim bele olub belede olur allah axiriizi xeyr elesin


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər