Həftədə iki dəfə günorta mürgüsü - İnfarkt və insult riskini iki dəfə azaldır

Həftədə iki dəfə günorta mürgüsü - İnfarkt və insult riskini iki dəfə azaldırGünorta yuxusunun faydalarına çoxumuz inanırıq, amma əvvəllər bəzi araşdırmalarda bildirilirdi ki, günorta mürgüləmək vərdişiylə ciddi ürək-damar xəstəlikləri və hətta ikinci tip şəkər xəstəliyi arasında əlaqə ola bilər.

İsveçrənin Lozanna şəhərindəki universitet hospitalının alimləri bu məsələyə aydınlıq gətirmək məqsədilə günorta yuxusunun sağlamlığa təsirini öyrənmək qərarına gəliblər.

Beş ildən çox davam edən araşdırmaya daha əvvəl ürək-damar sistemində heç bir ciddi problemi olmayan 3,5 min isveçrəli cəlb edilib.

Onlardan bəzilərində həftədə iki dəfədən az olmayaraq günortalar yatmaq vərdişi olub, bəziləri bütün həftə boyu günortalar yatıb, digərləri isə bunu heç vaxt etməyib.

Araşdırma zamanı iştirakçıların ürək və damarlarının fəaliyyətində müxtəlif dərəcəli 155 nasazlıq faktı qeydə alınıb, həftə ərzində cəmi bir-iki dəfə günorta yatanlar qrupunda ağırlaşma riskinin ən az olduğu üzə çıxıb: hətta siqaret çəkmək kimi zərərli vərdişlər nəzərə alınmaqla da bu riskin 48% azaldığı məlum olub.

Maraqlıdır ki, mütəmadi olaraq həftədə 5-6 gün günorta yatanlar qrupunda risk göstəricilərində kəskin fərq olmayıb, bəzi hallarda isə, əksinə, artıb.

Araşdırma müəllifləri hesab edirlər ki, öz-özlüyündə yüksək yuxu göstəricisi orqanizmin işindəki qəza hallarının nəticəsi ola bilər, ona görə də bu qrupun müəyyən hissəsi daha əvvəl də yüksək risk zonasında olub, hərçənd insanlar özləri bunu bilməyiblər.

Araşdırma daha bir qayda pozuntusunu aşkara çıxarıb: günorta yuxusu rejimi 65 yaşdan yuxarı şəxslərin səhhətinə təsir etmir. Alimlər bunu həmin yaş qrupundakı şəxslərin ümumi sağlamlıq səviyyəsiylə, o cümlədən, daha gənc respondentlərlə müqayisədə onlarda daha çox xəstəlik olmasıyla izah edirlər.

Günorta yuxusunun tezliyinə fokuslanan İsveçrə alimləri bu faktın eksperiment iştirakçılarının səhhətinə uzunmüddətli təsirini öyrənmək məqsədi güdməyiblər. Onlar bunu sonrakı araşdırmalarda aydınlaşdıracaqlarını bildiriblər.

Sözügedən eksperiment çərçivəsində iştirakçılar günortalar 5-60 dəqiqə arası yatıblar. Onların bir çoxu etiraf edir ki, 20 dəqiqəlik günorta yuxusu enerji yenilənməsinə kifayət edir.

Araşdırmanın nəticələri daha əvvəl dərc edilmiş işlərlə ziddiyyət təşkil edir. O işlərin müəllifləri yuxudan ayılma anında arterial təzyiqin artması faktına diqqət çəkərək, bunun ürək fəaliyyətində ciddi problemlər yarada biləcəyini vurğulayıblar. Amma İsveçrə alimləri belə bir qanunauyğunluq aşkar etməyiblər.

Hələ ki alimlər günorta yuxusunun orqanizmə müsbət təsir mexanizmini detallı olaraq izah edə bilmirlər. Böyük ehtimal, günortalar yatmaq stress yükünü atmağa, işə ara verilməsi sayəsində emosional fonu yaxşılaşdırmağa və norması dolmamış gecə yuxusu saatlarının kompensasiyasına kömək edir. /medicina.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1347   Tarix: 14 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329