"Arvadını" başqa kişi ilə yatağa saldı, sonra 4 oğlanla.... - Azərbaycanda AĞLAGƏLMƏZ OLAY

"Arvadını" başqa kişi ilə yatağa saldı, sonra 4 oğlanla.... - Azərbaycanda AĞLAGƏLMƏZ OLAYBakıda hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Daşqın Səmədov, Hikmət Məlikov, Elman Verdiyev və Vüsal Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, mütəşəkkil dəstənin üzvləri, onlarla birlikdə olan Samirə Məmmədova qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşiblər. Onlar zərərçəkmiş Samir Vəliyevin xeyli miqdarda əmlakını əldə etmək məqsədilə üzərində zor göstərməklə hədə-qorxu gəliblər.

Tanış oldu, intim əlaqəyə girdi

Belə ki, mütəşəkkil dəstənin üzvləri əvvəlcədən aralarında olan razılaşmaya əsasən 2018-ci ilin martın 11-də Samirə Məmmədovanın Samir Vəliyev ilə tanış olub və münasibət yaratmalarına şərait yaradıblar.

Daha sonra martın 25-də, saat 20 radələrində intim münasibətdə olmaları üçün kirayə tutduğu Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ev 61, mənzil 4-də görüşüblər. Həmin evdə Samirə ilə Samir yataq otağında intim əlaqəyə giriblər.

Qadının "əri" və "xalası oğlu" evə basqın etdi

Bundan təxminən 30 dəqiqə keçəndən sonra mütəşəkkil dəstənin üzvləri həmin mənzilə gəliblər. Orada Daşqın Samirənin əri kimi, digər təqsirləndirilən Hikmət isə xalası oğlu kimi özlərini təqdim ediblər.

Daha sonra dəstə üzvləri Samirə ilə intim əlaqəyə girən Samiri öldüməklə hədələyib, ona qarşı zor tətbiq ediblər. Sonra mütəşəkkil dəstənin üzvləri Samir Vəliyevi döyüb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Köməyə gəldilər, 50 min istədilər

Bir qədər sonra əvvəlcədən aralarında olan bölgüyə əsasən mənzilə Elman və Vüsal gəlib. Sonuncu gələn şəxslər Samir Vəliyevə guya köməklik etmək adı ilə aldadıblar.

Elman və Vüsal dəstənin digər üzvləri ilə guya danışıq aparıblar və Samir Vəliyevi əxlaqsız hərəkətə görə öldürməmək üçün 50 min manat məbləğində pul verməsini tələb ediblər.

Samir Vəliyev isə öldürülməməsi üçün onlara 50 min manat verməyə razılıq verib. Dəstə üzvləri Samirin razılığını alandan sonra onu sərbəst buraxıblar.

50 mini tapa bilmədi, polisə üz tutdu

Sonrakı gün Samir Vəliyev dəstə üzvlərinin tələb etdiyi 50 min manatı tapa bilməyib və dəstə üzvlərinin şantajlarından xilas olmaq üçün Nəsimi rayon Polis İdarəsinə üz tutub.

Martın 28-də, saat 17.00-da Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı dəstə üzvləri Samir Vəliyevdən 10 min manatı alarkən yaxalanıblar.

Üç maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Daşqın Səmədov, Hikmət Məlikov, Elman Verdiyev və Vüsal Səlimovun barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.2.3-cü (zor tətbiq etməklə hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Cəzalar verildi

Bu cinayət işi üzrə araşdırma Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Məhkəmənin hökmü ilə Daşqın Səmədov 4 il 5 ay, digər təqsirləndirilən şəxslərin hər biri isə 5 il müddətinə azadlıqdan məhrum ediblər.

Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin hər birinin 3 min manat miqdarında cərimə olunması barədə hökm elan edib.

Bundan başqa, cinayət işində olan və əməliyyat zamanı zərərçəkmiş Samir Vəliyevdən götürülən 10 min manat maddi sübutun onun özünə qaytarılması barədə qərar elan edilib.

Şikayət etdilər, istəkləri baş tutmadı

Hökmdən narazı qalan məhkumlar apelyasiya şikayəti veriblər. Onlar barələrində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzalarının şərti hesab edilmələrini istəyiblər.

Təqsirləndirilən şəxslərin şikayətləri araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda şikayətlərin təmin olunmaması barədə qərar elan edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2011   Tarix: 14 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

21:00 0
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

16:57 0
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

12:47 0
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

22:01 0
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

20:29 0
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

16:16 0
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

16:18 0