Sabiq məhkəmə sədrinin qətli ilə bağlı RƏSMİ AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) Tovuz Rayon Xalq Məhkəməsinin keçmiş sədri Firuddin Ələkbərlinin güllələnərək qətlə yetirilməsi hadisəsi ilə bağlı məlumat yayıb.
BiG.AZ-a DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 13-də saat 9 radələrində Tovuz şəhəri ərazisində Qədirli kənd sakini, əvvəllər məhkum olunmuş Firuddin Ələkbərlinin işlədiyi ofisə gələn Yanıqlı kənd sakini Əli Şəmiyev münaqişə zəminində odlu silahdan açdığı atəşlə ona xəsarət yetirib.
Ə.Şəmiyev könüllü olaraq Tovuz Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub, cinayəti törədərkən istifadə etdiyi "Makarov" markalı tapançanı və 16 ədəd patronu təhvil verib.
Xəstəxanaya yerləşdirilən F.Ələkbərli orada ölüb.
Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) və 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Qeyd edək ki, Ə.Şəmiyev rayonda tanınmış iş adamıdır. Onun rayon ərazisində restoran, otel və bir neçə biznes obyektlərinin olduğu bildirilir. F.Ələkbərli isə Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədri olub. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 2122 Tarix: 14 sentyabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Rusiya Azərbaycana silah satırdı, Ermənistana isə hədiyyə edirdi" - Politoloq
Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Rusiya Ermənistanı dəfələrlə aldadıb. O qeyd edib ki. Rusiya Ermənistanı "ən çətin dövrdə" tək qoyub. Aİ-yə üzvlük Ermənistan üçün ən məqbul variantdır. Mövzu ilə bağlı -a danışan politoloq Turan Rzayev bildirib ki, 44 günlük İkinci Qaraba
13:54 207 Yeni qanun hansı taksi sürücülərinə şamil olunacaq ?
Azərbaycanda bundan sonra taksi minik avtomobilləri ağ və yaxud qırmızı rənglərdə olacaq. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"d
13:30 13 Kart hesablarınız bu yolla OĞURLANIR - Əhalinin DİQQƏTİNƏ!
Smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, bu qurğular kiberhücumların və zərərli proqramların hədəf nöqtəsi olub. Kiberhücumçular və zərərli proqramlar tez-tez Android əməliyyat sisteminə üstünlük verirlər. Çünki bu smartfonlardan məlumatları oğurlamaq daha asandır. Lakin so
14:42 256 "İpoteka kreditinin əlçatanlığının daha yuxarı səviyyədə təmin olunmasına ehtiyac var" - Eldəniz Əmirov
Deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında "İpoteka haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib ki,Azərbaycanda ipoteka kreditlərinin verilməsi şərtləri yüngülləşməlidir. İqtisadçı ekspert Eldəniz Əmirov -a bildirib ki,Azərbaycanda ipoteka kreditlərini
17:20 109 Yaxın 2 gündə hava tozlu olacaq
Bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova "Qafqazinfo"ya bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır. Peyk görüntülərinə əsasən
15:48 135 Bu dəfə Şəbnəm Nigara söz atdı
Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb
10:14 539 Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl
13:09 305 Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO
Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki
13:03 562 Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 144 nəfərə çatıb
Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 144 nəfərə çatıb. Rusiyanın səhiyyə naziri Mixail Muraşko Moskvada müxbirlərə bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı nəticəsind
16:40 77