"Bunu yaymaqda məqsəd məni təqsirləndirməkdir" - Elinanın anası etiraz edir

"Bunu yaymaqda məqsəd məni təqsirləndirməkdir" - Elinanın anası etiraz edir"Elina deyirdi ki, "Zulya mənə dəfələrlə badalaq gəlib, arxamca işlər edib""

Mediada Elina Hacıyevanın anasının telefon yazışması olduğu iddia edilən foto yayılıb. Həmin yazışmada Elinanın anası Sevil Hacıyeva ilə qızının yoldaşı Zulyanın (Züleyxa Şirinova) qeydləri var. Zulya Sevil Hacıyevaya qızının xəstəxanada olması xəbərini versə də, Elinanın anası qızdan bezdiyini, etinasızllğını ifadə edib.

Sevil Hacıyeva AYNA əməkdaşı ilə söhbətində bu yazışmanın qurama, yalan olduğunu deyib və etiraz edib: "Tutaq ki, mən belə bir şey yazmışam. Yazmışamsa da, məntiqlə bunu 4 apreldə yazmalıydım. Bu yazışma necə indi yayıla bilər? Bir də axı, Elinanın ölümündən sonra Zülyadan istintaq materialı kimi mobil telefonu istənilsə də, o, telefonu vermədi, dedi ki, telefonu satmışam, sonra da o telefon nömrəsini də dəyişdi".

"Bizim valideynlərlə qrupumuz vardı, orada da Zulyanın fake (yalan – red.) səs, yazıları etmək bağlı təklifləri olurdu. Bu qıza qarşı heç vaxt pis niyyətim olmayıb. Mənə direktor demişdi ki, "Zulya yaxınlaşıb dedi ki, bəs Elina lezbiyandı, onu məktəbdən uzaqlaşdırmaq lazımdır". Elina deyirdi ki, Zulya mənə dəfələrlə badalaq gəlib, arxamca işlər edib. Qızım şikayət etsə də, buna ciddi yanaşmırdım" – deyə S.Hacıyeva əlavə edib.

O, Zulyanın niyə belə etdiyini bilmədiyini qeyd edib: "Mənə pis gələn odur ki, Zulya uşaqdır, qızım yaşındadır. O niyə belə edir, bilmirəm. Mənə onun haqqında hər hansı şikayət, ifadəmdə bir pis söz deməmişəm. İndi isə Zulya anası ilə birgə mənim üstümə gəlir ki, güya mən uşağımın ölümünə görə susmağım üçün pul almışam. Belə şey olarmı heç?"

Sevil Hacıyeva vurğulayıb ki, yazışma qəsdlə edilir: "Məqsəd məni təqsirləndirməkdir. Bir daha deyirəm, mənə 4 apreldə Elinayla bağlı Leyla zəng edib. Xəstəxanada olduğunu sonradan bilmişəm".

S.Hacıyeva məhkəmə prosesi barədə də danışıb: "Prosesdə məqsədimiz diqqəti tibb işçilərinin səhlənkarlığına yönəltməkdir. Bununla bağlı kifayət qədər fakt var".

Xatırladaq ki, ötən gün Səbayıl Məhkəməsində Elina cinayətinin hazırlıq iclası nəticəsində 125-ci maddəyə( öldürmə həddinə çatdırma) xitam verilib. Proses davam edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1118   Tarix: 14 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459