Söyüşçül insanlar artıq anti-Azərbaycan dairələrin əlində silaha çevrilib - Əli Həsənov

Söyüşçül insanlar artıq anti-Azərbaycan dairələrin əlində silaha çevrilib - Əli HəsənovXarici ölkələrdə onları Azərbaycana qarşı çirkin formada istifadə edirlər

1993-cü ildən başlayaraq Azərbaycanda Prezident Heydər Əliyevin rəhbərliyi ilə həmrəylik və milli birlik siyasəti aparılır. Siyasi partiyalar cəmiyyətin aparıcı siyasi institutlarıdır. Dünən baş tutan toplantıda yalnız siyasi partiyalar iştirak etmirdi. Həmin tədbirdə QHT və media nümayəndələri də iştirak edirdi. Eləcə də hakimiyyət təmsilçiləri də müzakirələrdə təmsil olunurdu.

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov sentyabrın 10-da siyasi partiyalar, ictimaiyyət nümayəndələri və media təmsilçilərinin birlikdə keçirdikləri müzakirələri şərh edərkən deyib.

Əli Həsənov əlavə edib ki, bütün dövrlərdə bu məsələ aktual olub: "Belə müzakirə və təmaslar Azərbaycan dövlətinin yürütdüyü siyasətə uyğun olub və indi də aparılan siyasətə uyğundur. Biz həmrəyliyi və milli birliyi Azərbaycanın alternativsiz reallığı hesab edirik. Bunun da alternativini görmürük. Dialoqun əksi qarşıdurma, insanların, təşkilatların bir-birinə qarşı apardığı mübarizədir. Biz dialoqu yüksək qiymətləndiririk. İstənilən halda cəmiyyətimiz üçün dialoq aktual və vacibdir.

Dünən keçirilən tədbirdə konkret mövzu ətrafında müzakirə aparılıb. Düşünürəm ki, bununla siyasi partiyalar, QHT nümayəndələri və media təmsilçiləri öz fəaliyyətini məhdudlaşdırmayacaq, gələcəkdə daxili və xarici siyasətə aid mövzularda dialoqu davam etdirəcəklər".

Prezident köməkçisi təəssüflə bildirib ki, söyüşçül qəbildən olan insanlar da var: "Onlar Azərbaycanın sərhədlərini müxtəlif yollar və vasitələlə tərk ediblər. Xarici ölkələrdə özlərinə sığınacaq tapıblar. Təəssüfləndirici hal odur ki, onlar artıq anti-Azərbaycan dairələrin əlində silaha çevrilib. O cümlədən bu anti-Azərbaycan dairələrinin maliyyələşməsində erməni fondları da iştirak edir. Xarici ölkələrdə onları Azərbaycana qarşı çirkin formada istifadə edirlər. Bu bir tərəfdən azərbaycanlı adına, Azərbaycan millətinin adına ləkədir, digər tərəfdən də insanlarımızın gündəlik həyatının acı həqiqətidir. Mən əminəm ki, o insanlar nə zamansa özlərində müdriklik və Azərbaycan xalqına məxsus dəyərlər nümayiş etdirərək bu yoldan çəkiləcəklər. Amma çəkilməyənlərə neyləmək olar? Bu insanların könüllü seçimidir. Əgər onlar belə davranışı özlərinə həyat kredosu seçiblərsə, bunu davam etdirsinlər. Sağlam Azərbaycan vətəndaşları buna nifrət edir, milli-mənəvi dəyərlərimizə zidd olan fəaliyyət nümunələrinə nifrətlə yanaşırlar". (Axar.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 550   Tarix: 12 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

15:58 716
.

Aysun qızına bu adı verəcək – VİDEO

Müğənni Aysun İsmayılova dünyaya gələcək qız övladından söz açıb. bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində danışıb. Sənətçi bildirib ki, qızına "Sevgi" adını qoyacaq: . "Dünyaya gələcək qızıma qoyacağımız adla bağlı ço

19:15 232
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

12:14 344
.

Azərbaycanda bu məhsul ucuzlaşdı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. -a istinadən xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərdə xiyarı

19:45 141
.

"Vətəndaş nikahına girməsinlər"

"Vətəndaş nikahı Azərbaycana Avropadan keçib. Araşdırmalara görə, Avropada vətəndaş nikahı azalır. Amma Azərbaycanda getdikcə artır". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. O bildirib ki, son 10 ildə vətəndaş nikahında

14:47 346
.

İrem Derici sevgilisi ilə Venesiyada- FOTOLAR

Türkiyəli müğənni İrem Derici sevgilisi Gökhan Fıratla birlikdə İtaliyanın Venesiya şəhərinə səyahət edib. xəbər verir ki, müğənni fotoları sosial şəbəkədə paylaşıb. Şəkillərə minlərlə rəy və bəyənmə gəlib

20:30 12
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

21:07 0
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

10:13 852
.

Şahdağa sulu qar yağıb

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb. Şahdağda isə sulu qar yağıb. Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakəndə 14 mm, Şəkidə 8 mm, Qrızd

10:10 216