İndoneziyada kəməri göbələklərdən düzəldilən saat hazırlandı - FOTO

İndoneziyada kəməri göbələklərdən düzəldilən saat hazırlandı - FOTO

İndoneziya şirkəti kəməri göbələkdən, korpusu ağacdan düzəldilmiş ekoloji təmiz saat hazırlayıb.

BiG.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti məlumat yayıb.

Layihənin müəllifi olan “Mycotech” şirkətinin nümayəndəsinin sözlərini sitat gətirən qəzet yazır: “Biz dünyada ilk dəfə olaraq ekoloji təmiz saat hazırlamışıq. Onun istehsalı zamanı istifadə edilən bütün məhsullar - yalnız saatın mexanizmi çıxılmaqla - təbiətdə çox asanlıqla parçalanır”.

Saatın kəməri kənd təsərrüfatı tullantılardan və göbələyin tel şəkilli köklərindən hazırlanıb.

Qəzetin yazdığına görə, ənənəvi dəri kəmərlərin hazırlanması zamanı insan orqanizmi üçün təhlükəli kimyəvi maddələrdən və rənglərdən istifadə edilir. İstehsal prosesində istifadə olunan su sonradan çaylara və digər su mənbələrinə axıdılır. Bundan əlavə, dəri istehsalı üçün nəzərdə tutulan mal-qara çoxlu miqdarda parnik qazları yaradır. Təklif olunan yeni innovasiyalı texnologiya bu çatışmazlıqlardan uzaqdır və ətraf mühit üçün təhlükəli deyil.

Bu texnologiyanın daha bir üstün cəhəti işin sürətidir. İstehsal üçün lazım olan göbələklərin yetişdirilməsinə cəmi beş gün vaxt lazımdır.

Bundan əlavə, həmin İndoneziya şirkəti həmin texnologiya vasitəsilə kənd təsərrüfatı tullantılarından tikinti blokları, lövhələr və mebel sənayesində istifadə edilən materiallar hazırlayır.
İndoneziyada kəməri göbələklərdən düzəldilən saat hazırlandı - FOTO

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 385 Tarix: 12.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər