Mahir Emrelinin evini soyanların kimlikləri bilindi

Mahir Emrelinin evini soyanların kimlikləri bilindi

Binəqədi Rayon Polis idarəsinin əməkdaşları məşhur futbolçu, "Qarabağ" futbol klubunun hücumçusu Mahir Emrelinin evini soymaqda şübhəli bilinən şəxsləri müəyyənləşdirib.

BiG.AZ xəbər verir ki, bu barədə oxu.az-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata əsasən, Qazax rayonundan olan iki nəfər yeniyetmə qarətdə şübhəli bilinir.

Sözügedən şəxslər saxlanılmadığı üçün adları açıqlanmır. Onlardan biri oğurluğa görə artıq məhkumluq həyatı yaşayıb.

Qeyd edək ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və beş min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1450 Tarix: 12.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər