Həbibin növbəti rəqibi müəyyənləşdi

Həbibin növbəti rəqibi müəyyənləşdi

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun növbəti rəqibinin adı açıqlanıb.

BiG.AZ qol.az-a istinadən xəbər verir ki, bu, kanadalı Jorj San-Pyerdir. Bu barədə Həbibin meneceri Əli Əbdül-Əziz məlumat verib: "Əgər Həbib miras üçün vuruşmaq istəyirsə, Sen-Pyerlə döyüş böyük hadisə olacaq. Sen-Pyer UFC tarixində ən güclü döyüşçülərdən biridir. Bundan başqa, bu döyüş Həbibə daha çox pul gətirəcək".

Menecerin sözlərinə görə, Həbibin bu görüşü 2019-cu ilin sonunadək ola bilər.

Qeyd edək ki, Nurməhəmmədov sentyabrın 7-də amerikalı Dastun Puaryeni məğlub edərək yüngül çəkidə UFC çempionu titulunu növbəti dəfə qoruyub.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: İdman Oxunub: 969 Tarix: 12.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər