Azərbaycanda qadın əməliyyat zamanı öldü

Azərbaycanda qadın əməliyyat zamanı öldüBərdə rayonunda 81 yaşlı qadın əməliyyat zamanı ölüb.

BiG.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1938-ci il təvəllüdlü Şəkər Müseyib qızı Bayramova yıxılaraq boyun nahiyəsindən ağır xəsarət alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər yaşlı qadını əməliyyat etsələr də, ancaq həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1449   Tarix: 11 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş