24 yaşlı oğlanı bıçaqlayan şəxs: "İnanmırdım ki, bu xəsarətlə ölər"

24 yaşlı oğlanı bıçaqlayan şəxs: "İnanmırdım ki, bu xəsarətlə ölər"

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda gənc oğlanın ölümünə səbəb olmaqda təqsirləndirilən Sahib Nadirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş şəxsin anası bildirib ki, oğlu xəsarət alandan sonra vaxtında xəstəxanaya çatdırılmayıb: "Yanında olan dostları oğlumu saatlarla Sumqayıtda gəzdirib, sonra Bakıya xəstəxanaya gətiriblər. Xəstəxanaya çatandan 20 dəqiqə sonra isə deyiblər ki, Faiq ölüb. Heç olmasa, Sahib özü vurandan sonra xəstəxanaya aparaydı...".

Təqsirləndirilən S.Nadirov bildirib ki, vurduğu şəxsin xəsarətlərinin ağır olduğunu bilməyib: "İnanmırdım ki, bu xəsarətlə ölər. Bilsəydim, tez xəstəxanaya çatdırardım".

Növbəti proses sentyabrın 20-ə təyin edilib.

İttihama görə, bu ilin iyun ayında Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində Cəlilabad rayon sakini, 24 yaşlı Faiq Cəfərov qarın nahiyəsindən bıçaq yaraları alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Qətli törətməkdə şübhəli bilinən Sahib Nadirov polis tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham verilib.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 320 Tarix: 11.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər