Arvadını yataq otağında öldürdü, sonra qohumlarına zəng edib xəbər verdi

Arvadını yataq otağında öldürdü, sonra qohumlarına zəng edib xəbər verdi

Türkiyənin Bursa şəhərinin İnegöl qəsəbəsində 2 azyaşlı qızını otaqda kilidlədikdən sonra arvadı Hatice Ereni (32) tapançayla başından vuraraq öldürən Cihan Erenin (36) cinayət işi yekunlaşıb.

2 il əvvəl Cihan Eren səhər saat 7 radələrində ailə münaqişəsi zəmnində həyat yoldaşı Hatice Eren ilə mübahisə edib. Gurultu səsinə oyanan qızlarını qonaq otağına salaraq qapını bağlayan Cihan üzərindəki tapança ilə yataq otağında həyat yoldaşı Hatice Erenin başına atəş açaraq öldürüb. Qətl sonrası mobil telefonu ilə eyni məhəllədə yaşayan qohumlarına xəbər verən Cihan Eren könüllü olaraq polisə təslim olub.

Bu gün baş tutan prosesdə Cihan Erenin ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılıb.

milli.az

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1687 Tarix: 11.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər