"Qızlar üçün universitet həyat yoldaşı tapmaq üçün ideal məkandır"

"Qızlar üçün universitet həyat yoldaşı tapmaq üçün ideal məkandır"

"Qızlarımız elə universitetlərdə öz yarını tapa bilərlər".

BiG.AZ "Qafqazinfo" ya istinadən xəbər verir ki, bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvi, təhsil eksperti Şahlar Əsgərov Təhsil İşçilərinin Respublika Konfransındakı çıxışında deyib. Konfransın əhəmiyyətindən, təhsil sahəsindəki yeniliklərdən bəhs edən təhsil eksperti sonda maraqlı fikir səsləndirib. Bildirib ki, gənc qızlar üçün universitet gələcək həyat yoldaşını tapmaq üçün ideal məkandır:

"Bizim qızlar kafe, restoran gəzib özünə ər axtarmaz. Onu valideynlər etməlidir. Düşünürəm ki, qızlarımız elə universitetlərdə öz gələcək həyat yoldaşını tapsa, daha yaxşı olar. Ona görə həmişə deyirəm ki, universitetlər giriş qapılarını geniş açmalıdır, çıxış qapılarını bağlamalıdır".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1469 Tarix: 11.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər