Beş ildir komada olan Şumaxerdən xəbər var

Beş ildir komada olan Şumaxerdən xəbər var

Beş ildir komada olan Formula 1 yarışlarının əfsanəvi pilotu almaniyalı Mixail Şumaxerə Paris xəstəxanasında kök hüceyrə transplantasiya edilib.

BiG.AZ AZƏRTAC-a istinadən bildirir ki, Alp dağlarında xizəklə sürüşərkən yıxılaraq zədə aldığı üçün süni aparata qoşulan pilotun ailəsi ona hüceyrə köçürülməsinə qərar verib.

Bu üsul standart müalicəyə cavab verməyən xəstələrə tətbiq olunur. Belə ki, zədələnmiş orqanlara birbaşa kök hüceyrə yeridilməsi ilə orqanların yenidən əvvəlki funksiyası bərpa olunur. Mayalanmadan dörd gün keçdikdən və bir neçə hüceyrənin bölünməsindən sonra totipotent adlanan mayalanmış yumurta hüceyrələri inkişaf etməyə başlayır və blastosit adlanan içi boş kürəyə çevrilirlər. Müxtəlif hüceyrə növlərinə çevrilmə və özünü yeniləmə qabiliyyətinə malik olan bu hüceyrələrə kök hüceyrə deyilir.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1085 Tarix: 11.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər