Ata 6 yaşlı oğlunu maşında tək qoymağa peşman oldu - VİDEO

Ata 6 yaşlı oğlunu maşında tək qoymağa peşman oldu - VİDEO

Çində 6 yaşlı uşağın avtomobillə etdiyi hərəkət sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.

BiG.AZ ölkə.az-a istinadən bildirir ki, Çanqpinq şəhərində Çen adlı kişi avtomobili işlək vəziyyətdə saxladıqdan sonra işini həll etməyə gedib.

Bu zaman maşındakı 6 yaşlı oğlu sükan arxasına əyləşib və əyləci sıxıb. Avtomobil öncə qabağa gedib, sonra sürətlə arxaya doğru hərəkət edib.

Ata qaçaraq maşının qapısını açmağa çalışsa da, artıq gec olub. Avtomobil arxadakı çuxura düşüb.

Hadisə zamanı uşaq xəsarət almayıb. Avtomobilə isə ciddi ziyan dəyib.

Məsuliyyətsiz hərəkət edən ataya pul cəzası veriləcəyi bildirilir.




Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 709 Tarix: 11.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər