Məşhur sənətçi canlı yayım açdı, bir neçə dəqiqə sonra ÖLDÜRÜLDÜ - VİDEO

Məşhur sənətçi canlı yayım açdı, bir neçə dəqiqə sonra ÖLDÜRÜLDÜ - VİDEO

Polisin "dur" əmrinə tabe olmayan və asayiş keşikçilərinə bıçaq çıxaran məşhur reper Brian J. Quinones güllələnərək öldürülüb.

Məşhur sənətçi o məqamda sosial şəbəkə hesabından canlı yayımda olub.

Hadisə Amerikanın Minneapolis şəhərində ötən həftənin cümə axşamı baş verib. Brian J. Quinones qırmızı işığı keçdiyi üçün polis xəbərdarlıq edərək maşınını kənara çəkməsini söyləyib. Sənətçi dayanmaq əvəzinə qaçıb. Brian polisdən qaçma anlarını Facebook hesabından canlı yayımlayıb.

Polis onu yaxalamaq üzrə olarkən qaça bilməyəcəyini anlayan Brian maşınından əlində bıçaqla enib. Polis Briana bıçağı yerə atmasını istəyib. Brian bıçağı yerə atmayınca polis onu güllələyib.


milli

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1314 Tarix: 11.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər