"Müğənnilərdən heç kim Fədayə Laçınla görüşə getmir"

"Müğənnilərdən heç kim Fədayə Laçınla görüşə getmir"Bakı Apellyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yenə təxirə salınıb.

BiG.AZ xəbər verir ki, bu barədə Azvision.az -a F.Laçının vəkili Nurəngiz Qarayeva məlumat verib. Onun sözlərinə görə, bu gün təqsirləndirilən şəxslər məhkəməyə gətirilməyib. Proses sentyabrın 16-dək təxirə salınıb:

"Növbəti məhkəmə iclası sentyabrın 16-na təyin olunub. Məhkəmənin baş tutmaması Fədayə xanımla bağlı deyil. Pentensiar Xidmətin daxili prosesləri ilə əlaqədardır".

Vəkil qeyd edib ki, həbsdə olan müğənninin səhhətində heç bir problem yoxdur:

"Fədayə xanımın xüsusi bir istəyi yoxdur".

N.Qarayevanın dediyinə görə, sənət yoldaşlarından heç kim F.Laçınla maraqlanmır:

"Bu günə kimi müğənnilərdən heç kim onunla görüşə gəlməyib. Yalnız ailə üzvüləri ilə əlaqə saxlayır".

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə bir neçə gün sonra keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçın və Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub. Məhkəmənin qərarı ilə Fədayə Laçına 5 il həbs cəzası verilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 934   Tarix: 10 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Fahriye Evcen və Burak Özçivit oğlunun ad gününü qeyd edib- FOTOLAR

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit ilk oğulları Karanın 5 yaşını qeyd ediblər. xəbər verir ki, bu barədə cütlük sosial şəbəkədə paylaşım edib. "Karanım 5 yaşında. Neçə belə yaşlara" ,- deyə Burak Özçivit əlavə edib. Qeyd edək ki, cütlüyün 2 övladı var

15.04.2024 1476
.

Gülay bağının görüntüsünü paylaşdı

Müğənni Gülay Zeynallı bağının görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi həyətindən videonu sosial şəbəkə hesabında paylaşıb. "Yay gəlir. Deməli, xərc gəlir" deyə, Gülay paylaşımında yazıb

19.04.2024 980
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17.04.2024 1058
.

"Xəstə qardaşımın ailəsinə baxıram" - Mətanət İsgəndərli

"Qardaşım uzun illərdir ki, dializ xəstəsidir. Onun ailəsini də mən dolandırıram. Əgər bu gün mən evimdə yemək yeyirəmsə, ürəyim partlayar, bilsəm ki, qardaşım və ya bacım ac oturub". -ın xəbərinə görə, bu fikirləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu teleproqramlardan birində səsləndirib

16.04.2024 816
.

Toyu bu xəbərlə açdı

Aparıcı Könül Muxtarova aparıcılıq etdiyi toy məclisini Qazaxın dörd kəndinin işğaldan azad edilməsi xəbəriylə açıb. OLAY yazır ki, o, gecədə qonaqları salamladıqdan sonra bunları söyləyib:. "Şad xəbəri sizə çatdırmaq, sizinlə bölüşmək istəyirəm. Bir neçə dəqiqə bundan öncə aldığımız məlumata görə

19.04.2024 1095
.

Lalə Azərtaşın verilişi bağlanır - İddia

Xəzər Televiziyası maydan "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. OLAY yazır ki, bu iddia saytında yer alıb. Bildirilir ki, Xəzər TV-dən verilən məlumata görə, Lalə Azərtaşın aparıcısı olduğu proqramla bağlı artıq qərar verilib:. "Televiziy

19.04.2024 764
.

"Qayınanam bacısı qızını salıb oğlunun yanına" - VİDEO

Tanınmış jurnalist və aparıcı Afət Rahilqızı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, şəxsi həyatından danışan jurnalist maraqlı etiraflar edib. Övladı olmadığı üçün qurduğu ailədə problemlər yaşayan Afət onu müalicə üçün anasının evinə göndərən keçmiş qayınansını qınayıb. Sosial şəbəkə hesabında

15.04.2024 1501
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17.04.2024 1721
.

"Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm

Aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişindəki açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı türkiyəli müğənni Ajda Pekkan kimi olmaq istədiyini etiraf edib. "Ajda Pekkanı çox sevirəm. Bilirsiniz niyə? Mən də elə olacağam. İndidən deyirəm. Çünki ekrand

15.04.2024 1124