Əlbəyaxa oldular, məhkəməyə düşdülər, küsülü öldülər... - Düşmən olan aktyorlarımız - FOTOlar

Əlbəyaxa oldular, məhkəməyə düşdülər, küsülü öldülər... - Düşmən olan aktyorlarımız - FOTOlarDünyanın bütün sənət cameələrində şəxsi münaqişələr, davalar və küsüşmələr olur. Bizim istəyimizdən asılı olmayaraq bu, bir gerçəklikdir. İnkişaf etmiş ölkələrdə bu cür münaqişələri mətbuatdan və oxucudan gizləmirlər. Çünki gerçəklikdən qorxmağa dəyməz. Əksinə sənət dünyası bu çtışan-çatışmayan cəhətlərinə görə də maraqlıdır. Azərbaycanın sənət cameəsində, o cümlədən teatr aləmində də çoxlu münaqişələr olub.

BiG.AZ kulis.az-a istinadla onların bir qismi ilə sizi tanış edirik.

Mehdi Məmmədov - Adil İsgəndərov

Hər ikisi böyük rejissor olduğuna görə aralarındakı qısqanclıq bir az ifrata varmışdı. Uzun sürən münaqişənin nəticəsində Adil İskəndərov teatrdan uzaqlaşıb kino sahəsinə getdi.

Adil İsgəndərov - Yusif Vəliyev

Bir-birini dindirməyiblər. Lakin Adil İsgəndərov "Axırıncı aşırım" filmində özünün oynadığı Kərbəlayi İsmayıl rolunun səsləndirilməsin üçün Yusif Vəliyevin çağırılmasını tapşırıb. Eyni zamanda, "Nəsimi" filminin çəkilişləri öncəsi Teymurləng rolu üçün özü foto-sınaqda iştirak etsə də, bu rola Yusif Vəliyevi seçmişdi. Hər iki hadisə baş verəndə Adil İsgəndərov C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru idi.

Nəcibə Məlikova - Hökümə Qurbanova

Şəxsi zəmində araları dəymişdi. Həm də təbii ki, rol qısqanclığı da vardı. Lakin Hökümə Qurbanova Nəcibə Məlikova ilə küsülü olsa da "Ögey ana" filmində onun oynadığı obrazı səsləndirməyə razı olur.

Leyla Bədirbəyli - Əliağa Ağayev

Onlar arasındakı söz-söhbət teatrın rəsmi iclasına da yansıyır. Deyilənə görə, onlar burda bir-birilərini təhqir də etmişdilər. Çoxu isə bu hadisəni lətifə kimi danışır.

Cənnət Səlimova - Amaliya Pənahova

Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrı və Cənnət Səlimovanın rəhbərlik etdiyi Kamera Teatrı eyni binada - Şəhriyar klubunda yerləşirdi. Hər iki sənətkar öz teatrına yer almağa çalışdığı üçün mənafelər toqquşurdu. Münaqişə də burdan başlamışdı.

Fuad Poladov - Bəsti Cəfərova

Fuad Poladov Bəsti Cəfərovaya görə Mehriban Ələkbərzadənin "Afət" tamaşasında baş rolu oynamaqdan imtina edir. O, tərəf-müqabil kimi onunla oynamaq istəmir. Bu hərəkətinə görə, Bəsti Cəfərova onu heç vaxt bağışlamır və yasına getmir.

Bəsti Cəfərova - Hicran Nəsirova

Şəxsi zəmində dərin münaqişə yaşayıblar. Lakin bu münaqişənin içərisində iki gözəl aktrisanın bir-birinə sənət qısqanclığı da vardı.

Səyavuş Aslan - Vaqif Mustafayev

"Bəyin oğurlanması" filmində rejissor Vaqif Mustafayev kadrın təbii alınması üçün Muxtar Maniyevin gizlincə Səyavuş Aslanı vurmasını istəyir. M.Maniyev onu vuru və kadr çəkilir. Lakin bundan sonra Səyavuş Aslan Vaqifdən inciyir və ömür boyu onu danışdırmayıb. Beləliklə, Vaqif Mustafayevin filmlərində çəkilmək imkanını itirir.

Səyavuş Aslan - Hacıbaba Bağırov

Biri-biri yaxın dost olan hər iki komik aktyorun Musiqili Komediya Teatrında münaqişəsi başlayır və bunun nəticəsi olaraq Səyavuş Aslan teatrdan uzaqlaşır, öz profilinə uyğun olmayan Akademik Dövlət Dram Teatrına gedir. Hacıbaba Bağırov isə Musiqili Komediya teatrının direktoru olur.

Leyla Şıxlinskaya - Amaliya Pənahova

"Gün keçdi" filmində Leyla Şıxlinskayanın oynadığı Əsmər rolunu Amaliya Pənahova səsləndirib. Leyla xanım onun ifasını bəyənməyib və "Ordakı ehtiraslı səslər obrazımı korlayıb" deyərək etirazını bildirib. Hər iki aktrisanın konflikti də elə burdan başlayıb.

Amaliya Pənahova - Məlahət Abbasova

Aktrisa Məlahət Abbasova Amaliya Pənahovanın plastik əməliyyatını bəyənmədiyini bildirmiş və Amaliya xanım da cavab atəşi ilə həmkarını susdurmuşdu: "Onun özünün də plastik əməliyyata ehtiyacı var".

Fuad Poladov - Məlik Dadaşov

Bu konfliktinin səbəbi dəqiq məlum deyil. Görünür, elə də açıb-ağardılası məsələ deyilmiş. Deyilənə görə, "Güllələnmə təxirə salınır" filmində bir yerdə oynayan hər iki aktyor aralarındakı küsülülüyü büruzə verməyiblər.

Ramiz Məlik - Məleykə Əsədova

Ramiz Məlik mətbuatda Xalq artisti Məleykə Əsədovanın şərəf və ləyaqətinə toxunan sözlər demiş, iş məhkəməyə qədər gedib çıxmışdı.

Ramiz Məlik - Ramiz Novruz

Həmişə münaqişələrlə zəngin olan "Azdrama"nın bu iki adaş aktyoru arasında baş verənləri teatr tariximizin ən yaddaqalan münaqişələrindən hesab etmək olar. Bu münaqişə "Azdrama"nın aktyorlarını iki cəbhəyə bölmüşdü. Əvvəlcə əlbəyaxa davaya, ordan isə məhkəməyə qədər uzanan münaqişə rəhbərliyin ciddi müdaxiləsi nəticəsində öz yoluna düşdü.

Hikmət Rəhimov - Azər Paşa Nemət

Kulis.aza verdiyi müsahibədəki tənqidi fikirlərə görə "Azdrama"dan kənarlaşdırıldı və beləliklə teatrın rəhbəri ilə münaqişəsi başladı.

Fuad Poladov - Azər Paşa Nemət

Teatr cameəsinin hələlik son və bəlkə ən ağrılı söz-söhbəti oldu. Fuad Poladov heç bir səbəb açıqlamadan teatrı tərk etdi və öz gənclik dostundan küsülü öldü. Hətta onların müalicə üçün köməyindən də imtina etdi.

Əlbəyaxa oldular, məhkəməyə düşdülər, küsülü öldülər... - Düşmən olan aktyorlarımız - FOTOlarƏlbəyaxa oldular, məhkəməyə düşdülər, küsülü öldülər... - Düşmən olan aktyorlarımız - FOTOlarƏlbəyaxa oldular, məhkəməyə düşdülər, küsülü öldülər... - Düşmən olan aktyorlarımız - FOTOlarƏlbəyaxa oldular, məhkəməyə düşdülər, küsülü öldülər... - Düşmən olan aktyorlarımız - FOTOlarƏlbəyaxa oldular, məhkəməyə düşdülər, küsülü öldülər... - Düşmən olan aktyorlarımız - FOTOlarƏlbəyaxa oldular, məhkəməyə düşdülər, küsülü öldülər... - Düşmən olan aktyorlarımız - FOTOlarƏlbəyaxa oldular, məhkəməyə düşdülər, küsülü öldülər... - Düşmən olan aktyorlarımız - FOTOlarƏlbəyaxa oldular, məhkəməyə düşdülər, küsülü öldülər... - Düşmən olan aktyorlarımız - FOTOlarƏlbəyaxa oldular, məhkəməyə düşdülər, küsülü öldülər... - Düşmən olan aktyorlarımız - FOTOlar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2731   Tarix: 07 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899