Yaddaşını itirərək həyat yoldaşını unutdu - Möcüzəvi sevgi hekayəsi

Yaddaşını itirərək həyat yoldaşını unutdu - Möcüzəvi sevgi hekayəsi
British Kolumbiyada yerləşən Vancouver adasında yaşayan 23 yaşlı Laura Faganello 2 il əvvəl iş yerində dəhşətli bir qəzaya uğrayıb.

Başına dirək düşən qadının beyni zədələnib və yaddaşını itirib. Ağır yaddaş itkisi keçirən qadın gözlərini açdıqda 17 yaşında olduğunu düşünüb. Qəzadan heç bir xəsarət almadan xilas olsa, Laura 9 ay əvvəl baş tutan toyu daxil olmaqla həyatının ən əhəmiyyətli anlarından bəzilərini tamamilə unudub.
Beləliklə həyat yoldaşı Braydeni də tanımayıb. Cütlük məktub dostu olaraq tanış olmuşdu və bir müddət eyni evdə yaşadıqdan sonra evlənmişdilər. Həyat yoldaşının müalicə müddətində fədakarlıq edən Brayden bir müddət ondan uzaqlaşıb və eyni evdə yaxın iki dost kimi yaşayıblar. Onu xatırlamayan həyat yoldaşına hər gün sevgi məktubları yazıb.

Bir müddət sonra Laura daha əvvəl evləndiyini xatırlamadığı Braydenə sevgisini etiraf edib və cütlük yenidən evlənməyə qərar verib.(metbuat)

Yaddaşını itirərək həyat yoldaşını unutdu - Möcüzəvi sevgi hekayəsi
Yaddaşını itirərək həyat yoldaşını unutdu - Möcüzəvi sevgi hekayəsi

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1112 Tarix: 07.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər