Azərbaycanda bu müğənnilər POLİSƏ müraciət etdi - SƏBƏBİ İSƏ...

Azərbaycanda bu müğənnilər POLİSƏ müraciət etdi - SƏBƏBİ İSƏ...Hər il Azərbaycanda yüzlərlə insan müxtəlif səbəblərdən polisə müraciət edir. Onların arasında yerli məşhurlar da var.

Redaktor.az bildirir ki, bu il polisə müraciət edən azərbaycanlı məşhurlardan biri də müğənni Rahidə Baxışovadır.

O, evini təmir etmək üçün ustaya pul verdiyini deyib. Lakin usta onun pulunu alandan sonra evini təmir etməyib:

"O, mənim üçün böyük bir məbləğdir. Mən çox çətinliklə o pulu qazanıram. İllərlə qəpik-qəpik yığıram ki, balalarım üçün bir yuva qurum. Onlar üçün həm atayam, həm də anayam. Hələ pulu almamışam. İndi iş hüquq-mühafizə orqanlarındadır. İnanıram ki, bu iş öz həllini tapar".

Müğənni Rəvan Qarayevin keçmiş həyat yoldaşı Günayla qalmaqalı səngimək bilmir.

Məsələ ilə bağlı "Hər şey daxil" verilişində açıqlama verən sənətçinin atası, müğənni Elşad Qarayev keçmiş gəlininindən polisə şikayət edəcəyini deyib:

"Rəvan onlara 1500-2000 manat pul xərcləyirdi. Bunun qarşısını aldım, ayda onlara yalnız aliment ödətdirirəm. Aliment 200 manat deyil, 300 manatdır, yalan deyir. Məndə onun ailəli olduğu vaxtlarda tərbiyəsiz səs yazıları var.

Rəvan subay adamdır. Deyir ki, oğlum uşağı kiminsə yanına aparıb. Yalandır. Uşağın telefonu bağlıdır, mən bağlamışam, çünki oyun oynayırıq. Burada nə var ki?! Nə deyirsə, yalandır. İndi mən özüm polisə şikayət edəcəm".

Sosial şəbəkələrdə xoşagəlməz və neqativ rəylərlə üzləşən müğənnilərdən biri Nura Suri bildirib ki, onu təhqir edənləri polisə verəcək.

""Facebook"da, "İnstagram"da mən, qəhrəman valideynlərim, övladlarım soyülür. Bu belə davam edə bilməz. Sosial şəbəkələrdə bu tərbiyəsizliyə son qoymaq lazımdır. Polisə şikayət ərizəsi yazmışam. Məni təhqir edən "İnstagram" səhifələri "screen" olunaraq götürülüb. Heç kimi yazılan təhqirlərə görə bağışlamayacağam.

İndiyə kimi bunlara göz yummuşam. Bundan sonra bu kimi hadisələrə göz yummayacağam. Onlara müharibə elan edirəm.

Səhifələrdə əxlaqsızlığı təblig edən, müğənniləri gözdən salan, söyüş yazan izləyicilərin kimliyi - yəni adı, soyadı, ünvanı təyin olunandan sonra həmin insanları məhkəməyə verəcəm. Onları Ali Məhkəməyə qədər aparıb, süründürəcəyəm".

Müğənni Damlanın ümumi baxışı 35 milyon olan rəsmi "Youtube" kanalı silinib.

İfaçı bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Damla iddia edir ki, rəsmi kanalını texniki işlərini həyata keçirən Rafiz Cəfərzadə silib:

"Rafiz Cəfərzadə rəsmi "Youtube" kanalımı silib. Bu günə kimi mənim kanalımdan gələn gəlirdən xəbərim olmayıb. Bu barədə ona bir kəlmə də demirdim, fikirləşirdim əziyyət çəkir, halal xoşu olsun.

Bir neçə gün öncə ona müraciət etdim ki, Rafiz "Youtube" kanalımın şifrəsini ver, işdən kənarlaş, bu günə kimi nə qazanmısan halalın olsun. Ya da mənə aylıq ödəniş gələndə bundan mənim də xəbərim olsun. Gördüm Rafiz bununla razılaşmır və sərt şəkildə etiraz edir.Məcbur olub polisə şikayət edəcəyimi dedim, gördüm yenə fikrimi izah edə bilmirəm. Rafiz bildirdi ki, əgər polisə müraciət etsəm o zaman kanaldakı mahnıları siləcək.

Belə də oldu. Mən polisə müraciət etdim, o da kanalı bir gün içində yox etdi, adını dəyişdi, mahnılarımı sildi. Təbii ki, mən hüquq-mühafizə orqanlarına müraciət etmişəm, bu oğurluq cavabsız qalmayacaq. Ancaq mənim kimi ona inanıb, öz işini həvalə edən sənət dostlarıma səslənirəm ki, eyni səhvi etməsinlər və bu şəxsi yaxşı tanısınlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1306   Tarix: 07 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564