"Yaraşıqlı kişilər məni ürküdür" - Nəsrin Cavadzadə

"Yaraşıqlı kişilər məni ürküdür" - Nəsrin Cavadzadə"Mən Xaviyer Bardem kimi kişiləri bəyənirəm: çirkin amma cazibədar, seksual amma çox gözəl olmayan. Yaraşıqlı kişilər məni ürküdür".

BiG.AZ axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

"Nənəm deyərdi ki, kişi meymundan bir az fərqlənməlidir. O, mənim qulağıma sırğa olub. Çünki babam çox yaraşıqlı idi. Qadınlar ondan əl çəkmirdi. Nənəm isə yəqin ki, buna görə bu sözü deyirdi" deyə, sənətçi qarşı cins haqda fikirlərini dilə gətirib.

Sənətçi qısqanclıq hisslərindən də söz açıb:

"Sevgilim məni az da olsa qısqanır. Sosial insansınızsa, çox adamla təmas qurmalısınız, hər kəslə mehriban olmalısınız. Bunlar da qısqanclığa rəvac verir. 19-20 yaşımda çox qısqanc idim. İnsanlara güvənmirdim. Böyüyəndən sonra qısqanılacaq bir şeyin olmadığının fərqinə vardım. Qısqandığımı həmin adama bəlli edərdim. Çox suallar verirdim. Sonra isə özümə gəldim".

Sosial media hesabında paylaşdığı fotolarla tez-tez gündəmə gələn Nəsrin bundan narahat olmadığını bildirib:

"Aktrisalıq vaxtımı çox almasaydı, modellik edərdim. Libasları nümayiş etdirməyi, paltarlar və onları daşıya bilən insanları sevirəm. Sosial medianı sevərək istifadə edirəm. Sənətçilər çox vaxt sosial medianı məcbur olduqları üçün istifadə etdiyini deyir, lakin mən onlardan deyiləm. Səhifəm mənim vitrinimdir. Ona görə də çalışıram ki, doğru şəkildə istifadə edim".

Nəsrin hazırda rol aldığı işlərdən də danışıb:

"Yasak elma" serialında çəkilirəm, eyni zamanda "Aşk tesadüfleri sever 2" filmində rol alıram. Ötən gün FOX TV-nin tanıtım çarxında çəkilişə dəvət etdilər. Bu işlər çox olsa da, mən hər şeydən zövq alıram".

Aktrisa bütün dünyada maraqla izlənilən "La Casa De Papel" serialında rol alması ilə bağlı çıxan xəbərlərdən də danışıb:

"Bu suala çox cavab verdim ancaq ki, jurnalistlər nədənsə yazmağa üstünlük verməyib. Ötən il İspaniya istehsalı olan "El Desentierro" adlı filmdə rol aldım. O filmin iki baş rol aktrisasından biri idim. Festival üçün çəkilmişdi. Həmin dönəmlər prodakşn ispanların olduğu üçün "La Casa De Papel" üçün də sınaq çəkilişləri etdim. Amma mənim İngiltərədə, Bosniya-Herseqovinada da çalışdığım agentlik var. Dörd dil bilən aktrisayam. Bir ay içində bir neçə layihə üçün sınaq çəkilişləri edirəm. Türkiyədə bu serial çox populyar olduğu üçün sanki həmin layihəyə təsdiqlənmişəm kimi xəbərlər yazıldı. Halbuki sınaq çəkilişlərinə qatılmışdım. Obrazımın isə Türkiyə ilə əlaqəsi yox idi. Hər tərəfə çəkilə biləcək tipajdayam: həm türk, həm azərbaycanlı və sairə".

N.Cavadzadə fit bədən quruluşuna malik olması barədə suallara da cavab verib:

"Həftənin altı günü idmanla məşğul oluram. Şəkər və un məhsullarından istifadə etmirəm. İllərdir plov belə yemirəm. Hətta paxlakimilər fəsiləsindən də çox az qidaya üstünlük verirəm. Ancaq dediklərim bir tövsiyə deyil. Çünki bu, mənim qidalanma formamdır. Həkimlərin, idman müəllimimin tövsiyyəsidir. Başqa insanlarda heç bir reaksiya verməyə bilər. Ən çox balıq, nadir hallarda isə kabab və lahmacun yeyirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1256   Tarix: 07 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kənan MM çəkiliş zamanı aktrisanı VURDU- VİDEO

Teleməkanın yerli seriallarında olan "Gizli yara"nın çəkilişləri zamanı maraqlı hadisə yaşanıb. -a istinadən xəbər verir ki, ekran işində əsas rolları canlandıran Kənan MM (Mahmudov) ilə Ülfət Bəşirin səhnəsindən olan kadr gündəm olub. İkilinin gərgin anlarını canlandıran səhnədə rejissor aktrisay

26.03.2024 1157
.

Yıldız Tilbe təqaüdə çıxıb

Türkiyəli müğənni Yıldız Tilbe təqaüdə çıxıb. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Təqaüdçü oldum. Əvvəllər təqaüdçülərə bir ev, bir maşın verilirdi. İndiki təqaüdçülərə Allah kömək olsun. Heç kimə möhtac olmamaq üçün ömür boyu işləməyin qarşılığında verilən təqaüd budurmu

28.03.2024 215
.

Röya Ayxanın təxirə düşən konserti ilə bağlı AÇIQLAMA - FOTO

Xalq artisti Röya Ayxanın Moskvada təxirə düşən konserti ilə bağlı təşkilatçılardan açıqlama verilib. xəbər verir ki, "Caspian music"in yaydığı məlumatda qeyd edilib:. "Röya Ayxanın konserti daha uyğun bir tarixə qədər təxirə salınıb. Bütün biletlər qüvvədə qalacaq. Yeni tarix və saatl

25.03.2024 825
.

Türkiyəli məşhur sevgilisindən ayrıldı - FOTO

Türkiyəli müğənni Buray sevgilisindən ayrılıb. BİG.AZ -a istinadən xəbər verir ki, ifaçının aktrisa Ezgi Şenler ilə münasibəti qısamüddətli olub. Belə ki, yeni filminin mətbuat konfransında səssizliyini pozan aktrisa bunları deyib:. "Bütün münasibətlərdəki kimi, eşq başlayır və bitə də bilir. Aramızd

24.03.2024 304
.

Xoşqədəm arıqlayıb "bir dəri bir sümük" qaldı - FOTOLAR

Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni fotolarını paylaşıb. Fotoda aparıcının xeyli çəki atması diqqətdən qaçmayıb. Onun paylaşımı marağa səbəb olub. Həmin fotoları təqdim edirik:

24.03.2024 8152
.

"Sonradan soyunanda göz öyrəşmir"

Aparıcı Elnarə Təhməzova yeni paylaşımı ilə diqqət çəkib. OLAY yazır ki, o, feysbukda müzakirəli status paylaşıb. "Bir var əvvəldən soyunursan, bir də var sonradan. Göz öyrəşmir. Sonradan olunan heç nə maraqlı gəlmir", - deyə, aparıcı vurğulayıb

28.03.2024 287
.

Özündən 23 yaş böyük xanımından danışdı

Yeni çəkiləcək "Ceyms Bond" filmi ilə gündəmə gələn aktyor Aaron Teylor-Conson özündən 23 yaş böyük qadınla evlənmə səbəbini açıqlayıb. OLAY yazır ki, 33 yaşlı aktyor yaşıdlarından tez böyüdüyünü dilə gətirərək bu addımı atdığını deyib:. "Çox insanın 20 yaşlarında etdiyini mən 13 yaşınd

24.03.2024 342
.

Zaur Baxşəliyevdən arxasınca danışan şəxsə sərt cavab: "Onun telefonunu mən almışam" - VİDEO

"Ona aldığım telefonla sosial şəbəkələrdə canlı açıb dalımca danışır". Bu sözləri ATV-də yayımlanan "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev bildirib. O qeyd edib ki, yardım etdiyi şəxslər onun arxasınca danışırlar:. "Onun telefonunu mən almışam. Bahalı da bir telefo

28.03.2024 653
.

"Seriallarımız cılızdır, çəkilmirəm"

Xalq artisti Firəngiz Mütəllimova serialları tənqid edib. Axşam.az xəbər verir ki, aktrisa bu haqda "Danışır radio" proqramında deyib. O bildirib ki, seriallaraçəkilmir:. "Bəzən mənə də iradlar olurdu. Söyləyirdilər ki, biz səni filan tamaşada və ya serialda görmək istəmirik. Mən bun

27.03.2024 421