Əmək haqqlarının artımı ölkədə bahalaşmaya səbəb olacaqmı? - DEPUTATLA MÜSAHİBƏ

Əmək haqqlarının artımı ölkədə bahalaşmaya səbəb olacaqmı? - DEPUTATLA MÜSAHİBƏYeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədri, deputat Cavid Osmanov BiG.AZ-ın suallarını cavablandırıb.

-Cavid bəy bilirsiniz ki, prezident İlham Əliyevin müvafiq sərəncamları ilə sentyabrın 1-dən minimum əmək haqqı 250, pensiyalar isə 200 manat qaldırıldı. Təəssüf ki, maaş və pensiyada artım olan kimi bəzi işbazlar məhsulların qiymətini suni şəkildə artırır. Bu da təbii ki, haqlı narazılığa səbəb olur. Bununla bağlı hökumət tərəfindən hansı qabaqlayıcı tədbirlər görülməlidir?

- Sentyabrın 1-dən cənab prezidentimizin müvafiq sərəncamları ilə minumun əmək haqqı 250, pensiyalar isə 200 manat çatdırıldı. Azərbaycan vətəndaşının yaxşı yaşaması üçün İlham Əliyevin imzaladığı çox inqilabi sərəncamlardır. Bu sərəncamlarla yanaşı digər sahələrdə çalışanların da maaşları 20-40 faiz arası artırıldı. Təəssüf ki, bəzi işbazlar çalışırlar ki, bu vəziyyətdən sui-istifadə etsinlər. Bu da nsanlar arasında yaxşı qarşılanmır. Düşünürəm ki, İqtisadi İnkişaf Nazirliyi bu işlə ciddi məşğul olmalıdır. Bu məsələdə Qida Təhlükəsizlik Agentliyinin üzərinə də çox böyük məsuliyyət düşür. Bir neçə gün əvvəl Baş nazirin müavini cənab Əli Əhmədov da Bakı şəhərində fəaliyyət göstərən bazarları ziyarət edib, qiymətlərlə şəxsən tanış oldu. Reyd zamanı o, bazarda olan qiymətlərdən narazı olduğunu da ifadə etdi. Təbii ki, bu çox doğru bir addım idi. Düşünürəm ki, bu məsələdə səlahiyyətli bütün qurumlar ayıq-sayıq olmalı və qiymətləri nəzarətə götürməlidir. Çünki cənab prezidentimizin imzaladığı sərənacamlar insanlarımızın daha yaxşı yaşamasına xidmət edir. Təkcə bir il ərzində minumum əmək haqqı 130 manatdan 250 manata qaldırıldı. O, cümlədən pensiyalar da artırıldı. Cənab prezidentimizin atdığı bu addımlar insanlarımızın sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.

Əmək haqqlarının artımı ölkədə bahalaşmaya səbəb olacaqmı? - DEPUTATLA MÜSAHİBƏƏmək haqqlarının artımı ölkədə bahalaşmaya səbəb olacaqmı? - DEPUTATLA MÜSAHİBƏ- Cavid bəy, bilirsiniz ki, sentyabrın 30-da Milli Məclisin payız sessiyasının plenar iclasları başlayır. Bu sessiyada uşaq pulunun yenidən bərpa olunması məsələsi müzakirəyə çıxarıla bilərmi?

- Milli Məclisin yaz sessiyasında uşaq pulunun yenidən bərpa olunması məsələsi çox gündəmə gətirildi. Eyni zamanda bu məsələ informasiya saytlarında da müzakirə olundu. Bu yaxınlar Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov da açıqlamasında uşaq pulunun yenidən bərpa olunması istiqamətində işlərin görüldüyünü söyləyib. Düşünürəm ki, uşaq pulunun yenidən bərpası Milli Məclisin payız sessiyasında da gündəmə gətiriləcək. Milli Məclisin adiyyəti komitəsi ilə hökumət arasında hesablamalar aparılır. İnanıram ki, 2019-cu ildə bu məsələyə aydınlıq gətiriləcək.

-Cavid bəy bilirsiniz ki, bəzi abituriyentlər ödənişli ixtisasa daxil olduqları üçün universitetə getməkdən imtina edir. Bunu təhsil haqqını ödəyə bilməyəcəyi ilə əsaslandırır. Gənclərin ödənişə görə ali təhsildən imtina etməməsi üçün hansı addımların atılmalıdır?

- Cənab prezidentimizin sərəncamı ilə 2019-cu ildə universitetlərdə dövlət sifarişli yerlərin sayı bir neçə dəfə artırılıb. Bu çox böyük bir addım idi. Təəssüf ki, elə ailələr var ki, təhsil haqqını ödəyə bilmir. Azərbaycanda fəaliyyət göstərən bir neçə fond var ki, gənclərə bu məsələdə dəstək olur. Bilirsiniz ki, Heydər Əliyev Fondu bir neçə tələbənin təhsil haqqının ödənilməsini öz üzərinə götürüb. Dövlət hesabına xaricdə təhsil alan tələbələrimiz də az deyil. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu da hər il bir neçə tələbənin təhsil haqqını öz üzərinə götürür. Düşünürəm ki, bəzi təhsil müəssisələrində təhsil haqqı yenidən baxılmalıdır. Ola bilsin hansısa ixtisaslara da güzəştlər edilsin. Bundan əlavə, məcburi köçkün və qaçqınların, şəhidlərin, qarabağ əlillərin övladlarına müəyyən güzəştlər var.

Əmək haqqlarının artımı ölkədə bahalaşmaya səbəb olacaqmı? - DEPUTATLA MÜSAHİBƏƏmək haqqlarının artımı ölkədə bahalaşmaya səbəb olacaqmı? - DEPUTATLA MÜSAHİBƏ- Sizcə iş adamları da bu cür gənclərə dəstək olmalıdırmı?

- Dünya təcrübəsində görürük ki, iş adamları və şirkətlər onlara lazım olan ixtisasda üzrə təhsil alan tələbələrə dəstək olurlar. Öz şirkətlərində işlə təmin edirlər. Azərbaycanda da bu proses başlayıb. Mən iş adamlarından sizin vasitənizlə xahiş edirəm ki, bu məsələyə diqqət etsinlər. Onlar yaxşı mütəxəsis istəyirlərsə onlar da dünya praktikasından istifadə etsinlər. Həm də onlar bu yolla xarici mütəxəsislərə verdikləri böyük məbləğdən canlarını qurtara bilərlər.

- Ermənistanda hakimiyyət dəyişsə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bir müsbət irələyiş əldə etmək mümkün deyil. Bu gün də Nikol Paşinyan əsası olmayan açıqlamaları ilə mövcud status-kvonun qoruyub saxlamağa çalışır.

- Son dövrlər bu məsələ aktuallaşıb. Nikol Paşinyan verdiyi əsasız bəyanatları ilə bu günə kimi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlara kölkə salmağa çalışır. Onun avqustun 5-də verdiyi bəyanat təkcə bizə deyil həm də beynəlxalq təşkilarlara qarşı edilən saymamazlıqdır. Nikol Paşinyan verdiyi küçə bəyanatları ilə göstərir ki, o hələ də baş nazir olduğunu dərk etmir. Onun verdiyi bəyanatlar sadəcə küçə adamının verdiyi açıqlamalardır. Təbii ki, bu onun göstərir ki, Ermənistan bu açıqlamaları ilə işğalçı siyasətini bütün dünyaya bəyan edir. Təəssüf ki, başda BMT olamaqla beynəlxalq təşkilatlar bu məsələyə ciddi reaksiya verməyib. Nikol Paşinyanın açıqlamamalarına ciddi reaksiya göstərilməlidir. Ermənistanın daxilində çox ciddi qarşıdurma mövcuddur. Düşünürəm ki, Nikol Paşinyan bu cür bəyanatları ilə Azərbaycanı müharibəyə sövq etmək istəyir. Bunun da arxasında erməni hiyləsi var. Bu gün Azərbaycan cənab prezidentimizin uğurlu siyasəti nəticəsində ordumuz güclülər arasındadır. Bunu həm də beynəlxalq reytinqlər göstərir. Bizim hərbi gücümüz Ermənistandan qatbaqat güclüdür.Azərbaycan ordusu ali baş komandanımızın əmri ilə 7-10 gün ərzində Dağlıq Qarabağ və digər rayonları işğaldan azad etmə gücünə malikdir. Bunu 2016-ci ildəki aprel döyüşləri də sübut etdi. Aprel döyüşləri Ermənistanda çox böyük qorxu yaratdı. O qorxu ermənilərdə hələ də mövcuddur.

Əmək haqqlarının artımı ölkədə bahalaşmaya səbəb olacaqmı? - DEPUTATLA MÜSAHİBƏ-BMT qəbul etdiyi 4 qətnaməni yerinə yetirməyi Ermənistanın qarşısına şərt qoymaq əvəzinə onlara dəstək verən bəyanatlar verir. Bilirsiniz ki, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı hər zaman ikili münasibət bəsləyib. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların köməyindən imtina edə bilərmi?

- Cənab prezidentimiz hər zaman vurğulayır ki, Azərbaycan xalqı sülh sevən, qonaqpərvərdir. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar davam etdiririk. Azərbaycan bütün danışıqlar da öz mövqeyini hər zaman ortaya qoyub. Ölkə başçısı hər zaman vurğulayır ki, bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Ermənistan işğal etdiyi torpaqlarımızdan çıxdıqdan sonra bütün layihələrə qoşula bilər. Biz bilirik ki, dünyada bizə qarşı ikili münasibət mövcuddur. Bəzi təşkilarlar Azərbaycanın bu qədər inkişaf edib, güclənməsini həzm edə bilmir. Amma buna baxmayaraq cənab prezidentimizin apardığı məqsədyönlü və müstəqil siyasəti nəticəsində ölkəmiz güclənir. Ən önəmlisi isə bu gün Azərbaycan heç bir dövlətin əlaltısı deyil. Ermənistan isə bir neçə dövlətin əlaltısıdır. Bu dövlət heç bir zaman müstəqil siyasət yürütməyib. Bu gün Ermənistanda insanlar acınacaqlı vəziyyətdə yaşayır. Ermənistanın Azərbaycanın səviyyəsinə çatması üçün illər lazımdır. Düşünürəm ki, beynəlxalq təşkilatlar bu məsələdə bizə dəstək olub, Azərbaycanın xeyrinə qərarlar çıxarmalıdır.

- Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında diasporanın işini necə qiymətləndirirsiniz?

- Diasporla İş üzrə Dövlət Komitəsi bununla bağlı çox mühüm addımlar atır, layihələr həyata keçirirlər. Xaricdə olan azərbaycanlılarla komitə sıx əməkdaşlığa başlayıb. Amma buna baxmayaraq düşünürəm ki, maarifləndirmə işləri çoxaldılmalıdır. Eyni zamanda onlar da beynəlxalq təşkilatlara müraciət etməlidirlər. Son illər həqiqətən Diasporla İş üzrə Dövlət Komitəsi çox aktivləşib və çox mühüm tədbirlər təşkil edirlər. Çalışırlar ki, Azərbaycan gerçəkliyini dünyaya çatdırsınlar. Çox təəssüf ki, xaricdə yaşayan bəzi üzdən iraqlar erməni lobbisi ilə birgə olub Azərbaycan gərçəkliyinin üzərinə kölkə salsımaq istəyirlər. Onlar sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyaları aparırlar. Təbii ki, onların sayı barmaqla sayılacaq qədər azdır. Cənab prezidentimizin yürütdüyü uğurlu siyasətə qarşı onlar heç nə edə bilməzlər.

Aysel Yusifqızı
Əmək haqqlarının artımı ölkədə bahalaşmaya səbəb olacaqmı? - DEPUTATLA MÜSAHİBƏƏmək haqqlarının artımı ölkədə bahalaşmaya səbəb olacaqmı? - DEPUTATLA MÜSAHİBƏƏmək haqqlarının artımı ölkədə bahalaşmaya səbəb olacaqmı? - DEPUTATLA MÜSAHİBƏƏmək haqqlarının artımı ölkədə bahalaşmaya səbəb olacaqmı? - DEPUTATLA MÜSAHİBƏƏmək haqqlarının artımı ölkədə bahalaşmaya səbəb olacaqmı? - DEPUTATLA MÜSAHİBƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 4390   Tarix: 04 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏ

Tanınmış aparıcı, Lider Tv-nin siması Könül Muxtarova -ın qonağı olub. Həmsöhbətimizlə həyat və yaradıcılığındakı yeniliklər, gündəmdə olan məsələlər barədə danışdıq. Sözügedən müsahibəni təqdim edirik:. Xoş gəlmisiniz. İşləriniz necə gedir? Hansı yeniliklər var?. Xoş gördük. İşlərim stabildir. Yen

05.03.2020 6515
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi - Video

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib. xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:. "Hər səhər "Space" TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadır

15.10.2019 2564
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova -ın suallarını cavablandırıb. -Zeynab xanım, bilirik ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasına tələbə qəbulu artırılıb. Bundan əlavə, yeni bir ixtisas açılıb. Bu barədə məlumat verməyinizi istərdik

18.09.2019 2773
.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏ

Onu efirdə çox sərt, hamının xətrinə dəyən biri kimi görürük. Fərqli taktikası var. Verilişə dəvət etdiyi qonaqlar ilə olan dialoqlara qulaq asanda çaşıb qalırsan ki, bunu şou xatirinə edir, yoxsa elə xasiyyəti belədir. Məncə, onun verilişlərini maraqlı edən də elə bu xüsusiyyətidir. Hərçənd buna gör

19.12.2019 6537
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

"Evdə qalan" kişilərin şikayəti: Qadınlar bizi eybəcərləşdirdilər - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid etmiş kişilər qadınlar tərəfindən eybəcərləşdirilmələrindən şikayət ediblər. Bu barədə "Daily Mail" xəbər yayıb. Çippenhemdən olan 28 yaşlı Maks Brehamın sevgilisi Arizona İstvud sözün həqiqi mənasında dəlləkliyi onun başında öyrənmək istəyib

02.04.2020 4440
.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

Çoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?. Alpinizimi

20.02.2020 6876