Azərbaycandan köçüb Amerikada yaşayan məşhurlar - FOTOLAR

Azərbaycandan köçüb Amerikada yaşayan məşhurlar - FOTOLARAzərbaycanın bir çox tanınmış məşhuru öz həyatını okeanın o tayında - Amerika Birləşmiş Ştatlarında davam etdirir. Onlardan bəziləri yaradıcılığını davam etdirsə də, əksəriyyət fərqli sahələrdə işləməyə başlayıb.

BiG.AZ "qafqazinfo"ya istinadən Azərbaycandan ABŞ-a üz tutan məşhurları təqdim edir:

Aparıcı Rüfət Ağayev – 2017-ci ildə ABŞ-ın Nyu-York şəhərinə köçüb. O, ATV kanalının və 106.3 FM-in aparıcısı olub.

Aparıcı Günel Hümbətova – Aparıcı 2015-ci ildə ABŞ-da Firuz Soliyev adlı şəxslə ailə qurub. O, ailə qurduqdan bir müddət sonra Azərbaycana qayıtsa da, 2018-ci ildə yenidən Nyu-Yorka köçüb. Cütlüyün bir qızı var.

Aparıcı Günel Musəvi - 2009-cu ildə Amerikanın Alabama ştatının Troy şəhərinə yollanan Günel 2010-cu ildən Minnesota ştatının Sent-Pol şəhərinə yerləşib və "Metrostate Universitety"də Uşaq Psixologiyası üzrə təhsil alıb. 2015-ci ildə həmyerlisi ilə ailə quran Günelin 3 yaşlı Sevil adlı qızı var.

Müğənni İlhamə Qasımova – 2017-ci ildən Los—Ancelesə köçən İlhamə əvvəllər Amerikaya gəzmək üçün və işlərinə görə getdiyini bildirsə də, artıq neçə ildir ki, orada yaşayır. Qasımova ABŞ-a getməzdən əvvəl ikinci həyat yoldaşından da ayrılıb. O, buna səbəb kimi övladının olmamasını göstərmişdi.

Müğənni Elariz Məmmədoğlu – Həyat yoldaşı Gülnar xanımın "Greencard" lotoreyasını udmasından sonra bu il ABŞ-a üz tutan Elariz Nyu-York şəhərində yaşayır. O hətta restoranların birində işə də düzəlib.

Reper Elmir Məhərrəmov – "Dəyirman" qrupunun keçmiş üzvü Elmir də "Greencard" vasitəsilə Amerikaya köçənlərdəndir. O, 2018-ci ilin mayından ABŞ-da yaşayır.

"Eurovision" təmsilçimiz Fərid Məmmədov – Fərid 2017-ci ildən ABŞ-a köçüb. Nigar adlı xanımla ailəli olan 28 yaşlı Fərid Nyu-Yorkda kuryer işləyir.

Müğənni Şeyla – "Sev" mahnısı ilə məşhurlaşan müğənni Şeyla 2009-cu ildə Los-Ancelesə köçüb. Əcnəbi vətəndaşla ailə quran və 2 uşaq anası olan Şeyla bir müddət dizayner kimi fəaliyyət göstərsə də, hazırda turizm sahəsində çalışır.

Aparıcı Səxavət Nur – 2014-cü ildən ABŞ-a köçüb. O, Vaşinqton şəhərində yaşayır.

Aparıcı Aynur Talıbova –2018-ci ildən ABŞ-ın Virciniya ştatında yaşayan Aynur Simran Baxış adlı şəxslə ailəlidir. Cütlüyün Uğur adlı bir oğlu var. Aparıcı ABŞ-da restoranların birində qabyuyan işləməsi xəbərləri ilə gündəmə gəlmişdi.

Aparıcı Qənirə Ataşova – Fəaliyyəti dayanmış ANS televiziyasının məşhur aparıcılarından olan Qənirə Ataşova 2017-ci ildən ABŞ-a köçüb. Hazırda o, oğulları ilə birlikdə Vaşinqtonda yaşayır.

Aktrisa Firəngiz Rəhimbəyova – "Bəxt üzüyü" filmindən "Seda" obrazı ilə tanınan müğənni-aktrisa Firəngiz Rəhimbəyova 1993-cü ildən qızı Raisa ilə birlikdə Los-Ancelesdə yaşayır. Raymond Antoni adlı şəxslə ailəli olan aktrisa həm yaradıcılıqla, həm də bizneslə məşğuldur.

Azərbaycandan köçüb Amerikada yaşayan məşhurlar - FOTOLARAzərbaycandan köçüb Amerikada yaşayan məşhurlar - FOTOLARAzərbaycandan köçüb Amerikada yaşayan məşhurlar - FOTOLARAzərbaycandan köçüb Amerikada yaşayan məşhurlar - FOTOLARAzərbaycandan köçüb Amerikada yaşayan məşhurlar - FOTOLARAzərbaycandan köçüb Amerikada yaşayan məşhurlar - FOTOLARAzərbaycandan köçüb Amerikada yaşayan məşhurlar - FOTOLARAzərbaycandan köçüb Amerikada yaşayan məşhurlar - FOTOLARAzərbaycandan köçüb Amerikada yaşayan məşhurlar - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2657   Tarix: 02 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899