Təsadüfən edilən altı ixtira

Təsadüfən edilən altı ixtiraAlimlər tədqiqat və təcrübəyə çox vaxt sərf edirlər və onlara yeni kəşflər etmək üçün xeyli güc və bacarıq tələb olunur.

Lakin mühüm bir kəşf bəzən alim və ya sadə bir insan tərəfindən tamamilə təsadüfən də edilir.

Aşağıda səhvən edilmiş 6 kəşf haqqında danışacağıq:

1. Кardiostimulyator

Təsadüfən edilən altı ixtiraQreytbetç soyadlı alim tamamilə təsadüf nəticəsində milyonlarla insanın həyatını xilas edən qurğu ixtira edib.

Alim insan ürəyinin ritmini qeyd etməyə kömək edən cihaz üzərində işləyirdi.

O, 1956-cı ildə Buffalo Universitetinin laboratoriyasında işləyən zaman səhvən başqa rezistoru bağlayır. Rezistorun yaratdığı elektrik impulsları insan qəlbinin döyüntüsünə çox bənzəyirdi.

Bunun nə qədər perspektivli olduğunu anlayan alim insan bədənində yerləşdirə bilmək üçün öz cihazını mümkün qədər kiçik etmək üzərində işləməyə başlayır.

Kiçik ölçüdə olan cihaz ilk dəfə 1958-ci ildə itlər üzərində test edilir. Daha sonra Qreytbetç bir çox insanın uzunömürlülüyü yolunda əhəmiyyətli bir addım olan ixtirasını patentləşdirir.

2. Qarğıdalı lopaları

Təsadüfən edilən altı ixtiraQarğıdalı lopalarının tarixi öz başlanğıcını XIX əsrdən götürür. Miçiqan ştatında "Batl-Krik" sanatoriyasının sahibləri, həkim Kelloq və onun qardaşı Vill Kit Kelloq qarğıdalı unundan hansısa yeməyi hazırlayırdılar, lakin onlar pansionun təxirəsalınmaz işləri üzrə təcili surətdə getməli olurlar.

Onlar qayıtdıqda isə qarğıdalı ununun bir qədər korlandığını görürlər. Buna baxmayaraq, onlar undan yemək hazırlamaq fikrindən vaz keçmirlər, lakin xəmir çürüyür, əvəzində isə lopa və toplar yaranır. Ruhdan düşən qardaşlar bu lopaları oda atırlar və məlum olur ki, onların bəziləri yüngül, bəziləri xoş xırtıldayan konsistensiyaya çevriliblər.

Sonradan bu lopalar Kelloqun pasiyentlərinə yeni yemək kimi təklif edilir. Süd və zefirlə süfrəyə verilən lopalar tezliklə məşhurlaşır. Vill Kit Kelloq lopalara şəkər əlavə edərək, onların dadını geniş auditoriya üçün daha münasib edir.

Beləliklə, 1894-cü ildə orijinal qarğıdalı lopaları amerikalı həkim Con Harvi Kelloq tərəfindən patentləşdirilir. 1906-cı ildə Kelloqlar yeni qida növünün kütləvi istehsalına başlayırlar və öz şirkətlərini yaradırlar.

3. Mikrodalğalı soba

Təsadüfən edilən altı ixtiraTəəccüblü olsa da, mikrodalğalı soba, demək olar ki, təsadüfən icad edilib. İxtiraçı-mühəndis Persi Spenserin böyük kəşfini necə etdiyinə dair əfsanələr gəzir.

Bəzi mənbələr iddia edirlər ki, o, işləyən maqnetronun yanından keçərkən, cibində konfetlərin necə əridiyini hiss edib. Başqa bir versiyaya görə, Spenser maqnetronda sendviç qızdırırdı. Hər halda, ona qədər heç kim yemək üçün yüksəktezlikli şüadan istifadə etməmişdi.

Əvvəlki xidmətlərinə baxmayaraq, 1940-cı illərdə "Raytheon" şirkətində işləyərkən etdiyi ixtira Spenseri bütün dünyaya tanıdır.

Mikrodalğalı sobaya patent 1946-cı ildə verilir, "Radarange" adlı ilk soba isə 1947-ci ildə işıq üzü görür.

Bu, olduqca iri sobalar idi. Demək olar, insan boyu hündürlükdə, 300 kq ağırlığında olan bu sobalar müasir dövrdə istifadə etdiklərimizdən çox fərqlənirdi. Onların qiyməti də olduqca yüksək - 3 min dollara yaxın idi.

Yalnız 1960-cı illərdə əlverişli qiymətlərlə (təxminən, 500 dollar) və nisbətən kiçik ölçülü məişət mikrodalğalı sobalarının kütləvi istehsalı başlanılır.

4. Kevlar

Təsadüfən edilən altı ixtiraKevlar "DuPont" şirkəti tərəfindən istehsal olunan lifdir. Kevlar olduqca davamlılığı ilə seçilir. O, ilk dəfə 1964-cü ildə "DuPont" firmasının əməkdaşı - amerikalı kimyaçı Stefani Kvolekin qrupu tərəfindən əldə olunub. Kevların istehsal texnologiyası 1965-ci ildə hazırlanıb, 1970-ci illərin əvvəllərindən isə sənaye istehsalına başlanılıb.

Materialın mexaniki xüsusiyyətləri onu fərdi zirehli müdafiə vasitələrinin - zirehli jiletlər və zirehli dəbilqələrin istehsalı üçün əlverişli edir.

1970-ci illərin ikinci yarısında aparılan tədqiqatlar göstərib ki, kevlar-29 markasının lifi və onun sonrakı modifikasiyaları çoxlaylı parça və plastik sədd şəklində istifadə zamanı enerjini udma sürəti və zərbəyə qarşı dözüm müddətinə görə ən yaxşı nəticə verir və bununla da bu kütlə həddində nisbətən yüksək gülləyəqarşı və qəlpəyəqarşı dayanıqlılıq göstəricilərinə malikdir.

"DuPont" şirkətində işləyən zaman Stefani Kvolek kevları ixtira edir. Belə ki, 1964-cü ildə onun qrupu neft defisiti gözləntiləri fonunda şinlərdə istifadə oluna biləcək yüngül, lakin möhkəm lif axtarmağa başlayr.

Alınan lif neylondan fərqli olaraq kövrək olmur. Laboratoriyanın rəhbəri və direktoru bu ixtiranın əhəmiyyətini anlayır. Polimerlər kimyasının bu yeni sahəsi sürətlə inkişaf etməyə başlayır. 1971-ci ildə isə müasir kevlar əldə olunur.

5. Penisillin

Təsadüfən edilən altı ixtiraTibbi praktikada antibiotiklərdən istifadə yüzlərlə insan həyatını xilas edib. Penisillinin kəşfi sayəsində insanlar ta XX əsrin əvvəllərinə qədər müalicəsi mümkün olmayan xəstəliklərdən yaxa qurtarıblar.

Penisillinin kəşfi alim-həkim Aleksandr Fleminqin adı ilə bağlıdır. O, Londonun müqəddəs Mariya xəstəxanasının laboratoriyasında professor idi. Onun elmi fəaliyyətinin əsas mövzusu stafilakokların inkişafı və xüsusiyyətləri idi. O, penisillini təsadüfən kəşf edir.

Fleminq səliqəliliyi ilə çox da seçilmirdi. O, bir dəfə iş stolunun üstündə içində bakteriya kulturaları olan yuyulmamış fincanı unudur. Bir neçə gündən sonra isə onun içində kif əmələ gəldiyini görür.

O, kifin ətrafındakı baktareyaların öldüyünə diqqət yetirir. Fleminq kifin ifraz etdiyi substansiyaya penisillin adı verir.

Alim çoxlu sayda təcrübələr apardıqdan sonra əmin olur iki, həmin maddə xəstəliklər yaradan müxtəlif növ bakteriyaları öldürür.

6. Kartof çipsi

Təsadüfən edilən altı ixtiraÇipslərin Corc Kramın 24 avqust 1853-cü ildə Saratoqa Sprinqs kurortunda "Moon ' s Lake Lodge" hotelinin restoranında baş aşpaz işləyərkən təsadüfən kəşf etdiyi hesab olunur. Əfsanəyə görə, "Moon ' s Lake Lodge" restoranının firma reseptlərindən biri fri kartofu idi.

Bir dəfə şam yeməyində dəmir yolu maqnatı Kornelius Vanderbilt qızardılmış kartofu "çox qalın"olmağından şikayət edərək mətbəxə qaytarır. Baş aşpaz Kram maqnatı ələ salmaq qərarına gələrək kartofu, demək olar, kağız qalınlığında kəsərək qızardır.

Lakin maqnat və dostlarının yemək xoşuna gəlir. Reseptə "Saratoqa çipsləri" adı verilir. Bir müddət sonra çipslər restoranın ən məşhur firma yeməyinə çevrilir.

1860-cı ildə Kram öz restoranını açır (1890-cı ilə qədər işlədib). Onun hər bir stolunun üstündə çipslə dolu bir səbət qoyulur. Restoran tez bir zamanda istirahətə gələn zəngin amerikalıların sevimli məkanına çevrilir.

Kram çipsləri restorandan çıxarmağa icazə vermirdi, lakin resept çox sadə olduğu üçün əksər restoranlarda təklif olunmağa başlayır.(oxu)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 948   Tarix: 01 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292