Onlar da ölmək istəmirdilər: Cinayət qurbanları - FOTOLAR

Onlar da ölmək istəmirdilər: Cinayət qurbanları - FOTOLARTürkiyənin Kırıkkale şəhərində ərin keçmiş arvadı Əminə Buludu 10 yaşlı qızının gözləri önündə amansızcasına qətlə yetirilməsi qadına qarşı olan şiddəti bir daha gündəmə gətirib.

Belə hadisələrin çoxu ailə münaqişəsi zəminində baş verib. Bəzən tərəflər ortaq məxrəcə gələ bilmirlər və bu mübahisələr sonda qanla bitir. Sözsüz ki, belə hallarda ən çox zərərçəkənlər, qurbanlar zərif cinsin nümayəndələri olur. Mətbuatda çox nadir hallarda kişinin qadın tərəfindən qətlə yetirilməsinə rast gəlmək olar. Amma dövrü mətbuatda qadının kişi tərəfindən, özəlliklə amansızcasına öldürməsi ilə bağlı həddindən çox materiallar var.

BiG.AZ "Qafqazinfo"ya istinadən onlardan bir neçəsini təqdim edir:

Belə dəhşətli hadisələrdən biri cari ilin avqustun 18-də Şəmkirin Sarıtəpə kəndində baş verib. Ərindən boşanaraq 2 yaşlı oğlu ilə anasının yanına qayıdan Mətanət Əsədova ərinin hücumuna məruz qalıb. Belə ki, keçmiş ər Elmar Məmmədov gecə 3 radələrində eks-arvadının yataq otağına daxil olub və evi yandırıb. Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu ölüb. Yanıq xəsarətləri alan Mətanət və onun anası Səltənət Məsimova
xəstəxanaya çatdırılıb, 1 gün sonra isə 24 yaşlı ana ölüb. Qayınananın isə vəziyyətinin ağır olduğu bildirilir.

Onlar da ölmək istəmirdilər: Cinayət qurbanları - FOTOLARBuna oxşar hadisələrdən biri 2019-cu ilin martın 2-də Bərdənin Kətəlparaq kəndində qeydə alınıb. Belə ki, ər həyat yoldaşını baltalayaraq öldürüb, qayınanasına isə ağır xəsarət yetirib.

İmişli sakini, 30 yaşlı Elçin Qurbanov qayınatasıgilə gedərək 1 ilə yaxındır ki, ondan ayrılaraq anası ilə yaşayan həyat yoldaşı, 27 yaşlı Nəvat Qurbanovanı balta ilə qətlə yetirib. Sonra isə qayınanası Rahilə Qarayevaya balta ilə ağır xəsarətlər yetirib. Bununla kifayətlənməyən Elçin Qurbanov evə od vuraraq oradan uzaqlaşıb. Məlum olub ki, Elçin Qurbanov evi yandırdıqdan sonra 6 yaşlı övladını da götürərək oradan uzaqlaşıb. Ardınca isə könüllü şəkildə polisə təslim olub. Verilən məlumata görə, Nəvat Qurbanova həyat yoldaşı Elçin Qurbanovdan boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə ailənin boşanması üçün 3 ay vaxt verib. Hadisə də Elçinin boşanmaq istəməməsi səbəbindən baş verib.

Onlar da ölmək istəmirdilər: Cinayət qurbanları - FOTOLARDəhşətli hadisələrdən biri 2018-ci ilin dekabrında Bakının Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən hündürmərtəbəli binada baş verib. Orada yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək vəfat edib. İlkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilsə də, sonradan hadisənin cinayət olduğu ortaya çıxıb. Məlum olub ki, A.Taxvelinin mübahisə zəminində əri Ramiz Taxveli balkondan aşağı atıb. Arvadını yaşadıqları mənzilin balkonundan ataraq xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Ramiz Taxveli "Buta Palace"ın art direktoru olub.

Onlar da ölmək istəmirdilər: Cinayət qurbanları - FOTOLARTükürpədən olaylardan biri də Salyanda baş verib. 2014-cü ildə itkin düşən Əliyeva Mehparə və qızları – Rəqibə, Sevda, İradə və Ümidənin meyiti tapılıb. Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F. Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilib.

Onlar da ölmək istəmirdilər: Cinayət qurbanları - FOTOLAR2015-ci ilin fevralında məhkəmə qərarıyla ayrılan, amma bir evdə yaşayan kişi keçmiş arvadını öldürüb. Hadisə Bakının Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində baş verib. Cinayəti 1982-ci il təvəllüdlü Qurban Əflatun oğlu Kasımov törədib, qurban isə 28 yaşlı Muradova Nübar Cümə qızı olub.

Cinayətin aşkar edilən təfərrüatları isə fəaliyyətləri dövründə çoxsaylı vəhşiliklər görən polis və prokurorluq əməkdaşlarını belə şoka salıb. O, arvadının yalnız başını deyil, cinsiyyət orqanını da kəsib, sonra isə arvadının qaşlarına yapışdırıb. Bütün bunlar iki azyaşlı uşağın olduğu evdə baş verib. Kişi onları qonşu otaqda bağlayıb, sonra arvadını qətlə yetirib. Polis İdarəsində Kazımovu şizofren xəstəsi adlandırıblar.

Onlar da ölmək istəmirdilər: Cinayət qurbanları - FOTOLARÖtən il Mingəçevir şəhər Məhkəməsində, məhkəmə zalında kişi keçmiş arvadını bıçaqlayaraq qətlə yetirib. Şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Xalid Arif oğlu məhkəmə prosesi zamanı, hakimin gözü qarşısında keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Nəbiyeva Təranə Fərmail qızına hücum edərək üzərində gəzdirdiyi bıçaqla onun baş, boğaz və ürək nahiyəsindən bıçaq xəsarətləri yetirib. Məlumata görə, ər və arvad 4 il əvvəl boşanıb və bir uşağı olan qadın alimentin artırılması üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı qadın və kişi arasında mübahisə yaranıb. Əsəbiləşən keçmiş ər arvadını amansızlıqla qətlə yetirib.

Onlar da ölmək istəmirdilər: Cinayət qurbanları - FOTOLARBu ilin iyunun 7-də Bakının Bayıl qəsəbəsində 3 uşaq anası qətlə yetirilib.

1981-ci il təvəllüdlü Mikayılova Kəmalə Hümmət qızı Arif İsmayılov küçəsində bıçaqlanıb, o, sürünərək qonşunun həyətinə keçib və orada vəfat edib. Araşdırma zamanı müəyyən edilib ki, K.Mikayılova sevgilisi tərəfindən öldürülüb. Belə ki, qadının Rusiyada yaşayıb işləyən əri Bakıya qayıdacaqmış. Bu səbəbdən Kəmalə və sevgilisi-1982-ci il təvəllüdlü Abuşov Fərhad Cəlal oğlu evdə mübahisə ediblər. Daha sonra K.Mikayılova küçəyə çıxaraq gedib. F.Abuşov bıçaq götürərək onun arxasıyca gəlib və A.İsmayılov küçəsində ona bir neçə bıçaq zərbəsi vurub. F.Abuşov daha sonra yaxınlıqdakı Neftçi Qurban küçəsində tikilən hündürmərtəbəli binanın həyətində yerləşən kranın üstünə çıxaraq özünü öldürmək istəyib. Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətdən sonra o, intihar etmək fikrindən daşınıb və yerə düşüb.

Onlar da ölmək istəmirdilər: Cinayət qurbanları - FOTOLAR2019-cu ilin martında Bakıda 6 il əvvəl itkin düşən qadının öldürüldüyü məlum olub.

Belə ki, 2013-cü ilin yanvarın 6-dan itkin düşmüş şəxs kimi axtarışa verilən Kamilə Cəfərovanın həyat yoldaşı, Qobustan qəsəbə sakini Nazim Cəfərov tərəfindən qətlə yetirildiyi müəyyən edilib. Araşdırma zamanı müəyyən edilib ki, N.Cəfərov 2012-ci ilin sonlarında yaşadığı Qobustan qəsəbəsində K.Cəfərovanı kəsici alətlə qətlə yetirəndən sonra meyitini qəsəbə ərazisindəki su hövzəsinə atıb. 2013-cü ilin noyabrın 20-də qadının meyiti qeyd edilən yerdən çürümüş vəziyyətdə aşkar edilsə də, həmin vaxt onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Onlar da ölmək istəmirdilər: Cinayət qurbanları - FOTOLARTürkiyədə də azərbaycanlı qadınlar münasibətdə olduqları kişilər tərəfindən öldürülüb. Belə hadisələrdən biri 2019-cu ilin yanvarında Burdur əyalətində baş verib.

24 yaşlı azərbaycanlı Qənirə Cabbarova həmyaşıdı olan sevgilisi Xəlil A. tərəfindən 55 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Məlumata görə, barda əylənən cütlük taksi ilə evə qayıdarkən yolda mübahisə edib. Daha sonra taksidən düşərək mübahisəni davam etdiriblər. Bu zaman Xəlil.A qadına müxtəlif nahiyyələrindən 55 bıçaq zərbəsi vurub.

Bundan başqa, ötən daha bir azərbaycanlı qadın türk sevgilisi tərəfiondən öldürülüb.

Hadisə Konya şəhərində baş verib. Məlumata görə, olaydan bir gün əvvəl 3 uşaq anası, 50 yaşlı Sahibə Yüksəlir özündən 4 yaş kiçik, evli sevgilisi Rahim A.nın iş yerində evlilik mövzusunda mübahisə edib.

Onlar da ölmək istəmirdilər: Cinayət qurbanları - FOTOLARŞahidlər polis çağırdıqdan sonra onlar problem olmadığını bildirib və barışıblar. Lakin növbəti gün cütlük Rahim A. nın avtomobilində olarkən yenidən mübahisə düşüb və kişi Sahibəyə 8 dəfə atəş açaraq onu yaralı halda maşında qoyub qaçıb. Qadın xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2104   Tarix: 25 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 0
.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 0
.

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir. BİG.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gündəli

12:50 0
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

14:55 0
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

Almaniyada yanğın nəticəsində ölənlərin xatirəsi yad edilib - VİDEO

Almaniyanın Solingen şəhərində yerləşən 4 mərtəbəli binada yanğın baş verən yanğınla bağlı mərasim keçirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində eyni ailədən olan 4 nəfər ölüb. Onların Türk mənşəli Bolqarıstan vətəndaşları olduğu bildirilib. 1993-cü il mayın 29-da Solingen şəhərində evlərini

12:26 0
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198