Ruslar Ceki Çan və Şvartseneggeri məhkəməyə verir

Ruslar Ceki Çan və Şvartseneggeri məhkəməyə verir
"Rus Film Qrup" şirkəti dünya şöhrətli aktyorlar Arnold Şvartsenegger və Ceki Çanı məhkəməyə verib.

Buna səbəb sözügedən şirkətin lentə aldığı "Viy 3D" ekran işində rol alan Hollivud məşhurlarının filmin davamı olan "Əjdahanın imzasının sirri"nə də çəkilməsidir.

"China Film Qrup" tərəfindən çəkilən filmin oğurlandığı iddia olunub.

"Rus Film Qrup" isə ekran işindən heç bir qonorar almadığını açıqlayıb. Rusiya tərəfi Moskva Arbitraj məhkəməsinə müraciət edib.

Onlar Arnold ilə Cekidən nə az, nə çox, düz 216,6 milyon rubl təzminat tələb edirlər.

Sadəcə epizodik rolları canlandıran hər iki aktyorun adlarının "borclular" siyahısına düşdüyü dəqiqləşdirilməyib.(oxu)

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1122 Tarix: 24.08.2019
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər