Meyvə-tərəvəz bazarında ilin ən ucuz dövrü: Qiymətlər düşüb, tələbat artıb... - FOTOLAR

Meyvə-tərəvəz bazarında ilin ən ucuz dövrü: Qiymətlər düşüb, tələbat artıb... - FOTOLARNəhayət, kənd təsərrüfatı bazarlarında ilin ən ucuz dövrü gəlib çatdı. Avqust ayının ilk yarısında hava şəraitinin yağmurlu keçməsi səbəbindən qiymətlər bir qədər yüksəlsə də, hazırda bir çox məhsullar su qiymətinədir. Bu il bəzi meyvənin bol olduğu il kimi qiymətləndirilir. Xüsusən də üzüm , gavalı, yay alması, zoğal, əncir kimi mövsüm meyvələrinin bolluğu müşahidə olunur.

Hazırda "8-ci kilometr" bazarında yeni çıxan üzümün qiyməti 50-70 qəpikdən başlayır, 1 manata qədər artır. Gavalının 1 kiloqramı 50-70 qəpik arasındadır. Əncirin 1 kiloqramı 1 manatadır. Zoğalın qiyməti isə 1 manat-1.50 manat arasındadır. Bu məhsullar qış tədarükü üçün hazırlanan mürəbbələrin əsas xammalı olduğundan tələbat da böyükdür. Almanın kiloqramı 50 qəpikdir. Limonun 3 ədədi 1 manata satılır. Qış mürəbbə və kompotlarının əsas məhsulu olan göyəmin kiloqramı 1 manatdan təklif olunur. Qarpız-yemişin kiloqramı isə 30-35 qəpik arasında dəyişir. Digər meyvələrdən banan 2 manata, xaricdən idxal olunan armud, mandarin, portağal v və digər meyvələr də 2.50-3 manata təklif olunur. Yerli armud növləri 1.50 manatadır.

Mövsümün əsas meyvələrindən biri də şaftalı və nektarindir, onların kiloqramı 1-1.50 manata təklif olunur. Əriyin kiloqramı 2.50-3 manat arasında, gilasın qiyməti isə 3-5 manat arasındadır.

Tərəvəzlərin də qiymətində ucuzlaşma var. Kartofun kiloqramı 50-80 qəpik arasında dəyişir, soğanın kiloqramı 50 qəpikdən təklif olunur. Pomidor 40-50 qəpiyə, bir qədər əzilmiş tomatlıq pomidor isə 20 qəpiyədir. Xiyarın qiyməti növündən asılı olaraq 40-70 qəpik arasındadır. Bibər də keyfiyyət və növünə görə 50 qəpiklə 1 manat arasında var-gəl edir. Qırmızı bibərin kiloqramı isə 1 manatadır.

Badımcanın 1 kiloqramı 40-50 qəpik, kələm 70 qəpik, kök 1 manat, gül kələmi 2 manat, lobya 1.50-2 manat, göbələk 1.30 manat, göyərtinin 1 ədədi 20 qəpik, kənd yumurtası 20 qəpiyədir. Sarımsaq bu il də ucuzluğu ilə seçilir, kiloqramı 1-2 manat arasında dəyişir. Qarğıdalının 1 ədədi isə 40 qəpikdir.

Paxlalı dənli məhsulların da qiymətində ucuzlaşma müşahidə olunur. Hər zaman qiyməti 4-5 manat arasında dəyişən noxud bu il 1.50 manata düşüb, növündən asılı olaraq 2-3 manata qədər dəyişə bilir. Lobyanın qiyməti 3-5 manat arasındadır. Qırmızı mərci 2 manata, yaşıl mərci 1.50 manatadır. Qarğıdalının kiloqramı 2 manata, İran düyüsünün çəkisi isə 4 manatadır.

Alıcılar bizimlə söhbətində bazardakı qiymətlərdən razı olduqlarını dilə gətirdilər. Satıcılar da ucuzluq səbəbindən alıcılığın artdığını etiraf etdilər. Qeyd etdilər ki, ucuzluğun əsas səbəb əksər mövsüm meyvə və tərəvəzinin açıq sahələrdə yetişməsi və bazarda məhsulun bol olmasıdır. Xüsusən də anbarlarda saxlanılması mümkün olmayan məhsullar birbaşa bazara yönəlir ki, bu da qiymətlərin ucuzlaşmnasına gətirib çıxarır. Məsələn, bu il üzümün vaxtından əvvəl ucuzlaşmasının da səbəbi budur. Kartof və soğan kimi məhsulların bir qismi isə bu il anbarlara yığıldığından biz ötən illərdəki kimi kəskin qiymət endirimi olmadı. Lakin bu tədarük hesabına qışda da qiymətin stabil olacağı gözlənilir.(Musavat.com)

Meyvə-tərəvəz bazarında ilin ən ucuz dövrü: Qiymətlər düşüb, tələbat artıb... - FOTOLARMeyvə-tərəvəz bazarında ilin ən ucuz dövrü: Qiymətlər düşüb, tələbat artıb... - FOTOLARMeyvə-tərəvəz bazarında ilin ən ucuz dövrü: Qiymətlər düşüb, tələbat artıb... - FOTOLARMeyvə-tərəvəz bazarında ilin ən ucuz dövrü: Qiymətlər düşüb, tələbat artıb... - FOTOLARMeyvə-tərəvəz bazarında ilin ən ucuz dövrü: Qiymətlər düşüb, tələbat artıb... - FOTOLARMeyvə-tərəvəz bazarında ilin ən ucuz dövrü: Qiymətlər düşüb, tələbat artıb... - FOTOLARMeyvə-tərəvəz bazarında ilin ən ucuz dövrü: Qiymətlər düşüb, tələbat artıb... - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1513   Tarix: 24 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Vətəndaş yaşayış yerindən arayış təqdim edirsə, həmin ərazidə ona güzəştli parklanmaya şərait yaradılmalıdır" - Ekspert

Milli Məclisin üzvü Naqif Həmzəyev parklanma ilə bağlı tariflərə yenidən baxılacağına ümid etdiyini bildirib.Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, parklanma yerlərinə yaxın ərazilərdə yaşayan insanlar 24 saat ərzində parklanma xidmətindən istifadə edə bilirlər, lakin sözügedən ərazilər

12:40 316
.

Uqandada "Qırmızı Göz" xəstəliyi yayılıb

Son 3 həftədə Uqandada yoluxucu "qırmızı göz" (konyunktivit) xəstəliyi yayılıb. BİG.AZ xəbər verir ki, xəstəlikdən əziyyət çəkənlərin sayı 7500 nəfəri keçib. Bu barədə Uqanda Səhiyyə Nazirliyi açıqlama yayıb. Açıqlamada son 3 həftədə yoluxma sayının 954-dən 7596-ya yüksəldiyi bildirilib. Səhiyy

14:02 0
.

Lənkəranda "Range Rover" yandı

Lənkəranda "Range Rover" markalı avtomobil yanıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Belə ki, "Range Rover" markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafiz

10:37 318
.

"Gürcüstanda feminizm, LGBT hüquqları adı altında siyasi təzyiq göstərməyə çalışırlar" - Politoloq

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə "Xarici agentlər" haqqında qanuna qarşı keçirilən etiraz aksiyasında 14 nəfəri saxlayıb. Məlumata görə, onlar ictimai asayişi pozub, asayiş keşikçilərinə müqavimət göstərib, habelə polis əməkdaşlarını təhqir ediblər. Mövzu ilə bağlı -a danışa

11:07 222
.

İmtahanda maksimum nəticə göstərən kənd məktəbliləri

Xəbər verdiyimiz kimi, 10 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Maksimum bal toplayan 39 şagirddən 6-sı kənd məktəblərində təhsil alanlardır. "Qafqazinfo" xəbər verir ki, onlar öz təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşüblər. "Arzusu Bak

20:25 0
.

Ermənistan Milli Assambleyasının sədri Litvaya rəsmi səfərə yola düşüb

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 16-dan 19-dək Litvaya rəsmi səfərə yola düşür. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Səfər çərçivəsində Litva Respublikasının Prezidenti Gitanas Nauseda, Baş nazir İnqrida Şimonite,Xarici İşlə

20:30 0
.

Qatar hava yolları İrana uçuşları bərpa edib

Qatar hava yolları İrana uçuşları bərpa edib. BİG.az xəbər verir ki, aprelin 13-də başlayan hücumlardan sonra İrana uçuşları ləğv edib. Bu barədə Qatar hava limanı açıqlama bildirilib. Açıqlamada qeyd olunub ki, Tehran, Məşhəd, Şiraz və İsfahan ilə həftəlik 20 uçuş bərpa edilib

15:28 109
.

Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün kvotanı azaldıb. Bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. O, qərarın səbəblərini açıqlayıb. V. Cahangirinin sözlərinə görə, Həcc ziyarətin

16:15 130
.

Mətanət İsgəndərli 45 kiloqram arıqladığını açıqladı

"45 kiloqrama yaxın çəki atmışam". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Space star"a müsahibəsində deyib. İfaçı plastik əməliyyat etdirməyə hazırlaşdığı vurğulayıb:. "Əməliyyata hazırlaşıram. Zarafat deyil, birdən-birə şarı doldurub-boşaldand

11:01 395