Bərdə rayonunda iki gənc intihar etməsi ilə bağlı AÇIQLAMA

Bərdə rayonunda iki gənc intihar etməsi ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi yerli mətbuatda dünən axşam saatlarında Bərdənin Qasımbəyli kəndin sakinlərin intihar etməsi ilə bağlı xəbər yayılıb. Belə ki, kənd sakini, 1990-cı il təvəllüdlü İlyasov Tural Xəqani oğlu özünü bıçaqlayıb. Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb. Bundan əlavə eyni vaxtda həmin kənddə yaşayan 2000-ci il təvəllüdlü Əliyeva Bahar Əhliman qız isə özünü asıb. İntihar edən şəxslərin Qasımbəyli kəndində qapıbir qonşu olduğu bildirilir.

BiG.AZ məsələ bağlı Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi ilə əlaqə saxlayıb.

Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər İsmayılov bildirib ki, bir intihar hadisəsi olmayıb: "Mən hadisəni bələdiyyə sədri maraqlandım. Hətta kənd sakinlərindən də soruşdum. Onlar belə bir intiharın kənddə baş vermədiyini söylədi. Xəbərdə adı hallanan gənclər ümumiyyətlə bizim kənddə yaşamır. Qasımbəyli balaca kənddir. Belə bir hadisə baş versəydi hər kəs bilərdi. Çünki kənddə kiçik bir hadisə olan kimi hər kəsin xəbəri olur. Bıçaqlanma və intihar hadisəsi olsaydı kənd sakinləri bundan xəbərdar olardı. Amma yenə də araşdırma aparırıq. Kənddə gələn yolda meşəlik ərazidə məcburi köçkünlər yaşayır. Bizim ərazi olamasa da yenə də araşdırıram".

Aysel Yusifqızı

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3339 Tarix: 23.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər