Üç hamilə qızın erkən nigaha girməsi təsdiqlənsə…

Üç hamilə qızın erkən nigaha girməsi təsdiqlənsə…Bir neçə gün əvvəl mətbuatda Ağdaş rayonunda nikah yaşına çatmamış 3 qızın hamilə qalması ilə bağlı məlumat yayıldı.

Belə ki, xəbərdə subay olduğu halda, 2003-cü il təvəllüdlü K.Ş. 2002-ci il təvəllüdlü A.Ə. və 2003-cü il təvəllüdlü S.F.-nin Ağdaş Rayon Mərkəzi Xəstəxanasına hamiləliklə bağlı müraciət etdiyi qeyd olunurdu.

Məsələ ilə bağlı Lent.az -ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, fakt təsdiqini tapıb və hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır:

"Məsələ ilə bağlı Komitəyə məlumat daxil olduqdan sonra Ağdaş rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri ilə bağlı Komitəyə hesabat təqdim olunacaq. Bundan sonra ictimaiyyətə açıqlama veriləcək".

Məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, bu cür problemlərin altında qanunları bilməmək, mentallığı qanunlardan üstün tutmaq və cahilliyi təbliğ etmək dayanır. Birliyin sədri hesab edir ki, fakt araşdırıldıqdan sonra qızların erkən nikaha cəlb edildiyi ortaya çıxacaq:

"Bu faktın arxasında iki ehtimal dayanır. Ya bu qızlar zorlanıb, ya da öz aralarında razılaşma ilə səs-küysüz evləndirilib. Birinci halın ehtimalı azdır. Araşdırıldıqdan sonra hadisənin arxasından evlilik çıxdığını görəcəksiniz. Qızların yaş həddi var. Söhbət 2002-2003-cü illərdən gedir. 16 yaşı tamam olan qız olduğuna görə məcburi şəkildə cinsi əlaqəyə girmədiyini əsas gətirəcəklər. Amma hər halda hamiləlik varsa, deməli burda cinayət faktı var".
K.Ağazadə bildirib ki, bu cür halların qarşısını almaq üçün hər zaman maariflənmə amilini önə çəkirik: "Bəzən deyirlər ki, filan rayonda maarifləndirmə aparmaq çətindir. Camaat çox aqressivdir və s. Demək ki, cəzanı ortaya qoymaq lazımdır. Bir-iki hadisədən sonra cəza olsa və hadisə, zamanla qarşısı alınacaq. Biz hər dəfə görürük ki, bu cür hallar olanda ağsaqallar düşür ortaya, barışıq edir. Nə barışıq? 18 yaşına çatmayan uşaqdan söhbət gedir. Bu yaşda uşağı evlənməyə məcbur edənlər Azərbaycan qanunvericiliyinə hörmət eləmir. Uşaq hüquqları haqqında qanuna hörmət eləmir".

K.Ağazadənin sözlərinə görə, bəzən erkən yaşda ailə qurmağa məcbur edən icra nümayəndəsinin qohumu çıxır, toylarında da iştirak edirlər.

O hesab edir ki, problemin qarşısını almaq üçün cəzalandırılma ilə yanaşı, maarifləndirməyə də ehtiyac çoxdur:

"Daha çox uçqar kəndlərdə, qəsəbələrdə maarifləndirmə işi gücləndirilməlidir".
Qeyd edək ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1472   Tarix: 22 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

19.04.2024 435
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 310
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 234
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 217
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 373
.

İşi məhkəmədə olan klinikadan daha bir şikayət - Pasiyentin burnu çirk edib (FOTO+VİDEO)

"Laser Beauty Clinic" barəsində daha bir şikayət daxil olub. "Unikal"a müraciət edən pasiyent Gülya Məmmədova iddia edir ki, "Laser Beauty Clinic"də kosmetoloq Rəna Soltanova ona burun dolğusu etdikdən sonra burnu çirk etməyə başlayıb. Burun dolğusu üçün 350 manat pul ödədiyin

10:11 103
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 259
.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 343
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 256